Xəbər lenti

 

Məlum olduğu kimi, Milli Şuranın keçirdiyi 19 oktyabr mitinqi ilə əlaqədar yarırəsmi media qurumlarımız aksiyanın ABŞ səfirliyi tərəfindən koordinasiya olunduğunu iddia edirdi. Bu barədə ilk yazını qələmə alan Eynulla Fətullayevin iddiasını daha sonra Real TV inkişaf etdirərək əlindəki “dəlilləri” yaymışdı. Dəlillər isə ondan ibarət idi ki, Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli aksiya zamanı ABŞ səfirliyinə məlumat ötürürmüş. Real TV də məhz bu telefon danışığının səs yazısını yayaraq, “torbada pişik” axtarışına girişmişdi.

Ovqat.com bu məlumatı şərh edərək, ABŞ səfirliyini belə mənasız arqumentlərlə ittiham olunmasını qınamış və rəsmi Bakını eyni iddiaları təkrarlamamağa çağırmışdı.

Maraqlıdır ki, Mir Şahininin ötən gün yayımladığı "Mirşahin vaxtı" verilişinin həmin buraxılışını youtubedən tapa bilmədik. Halbuki, həmin veriliş Real TV-nin youtube kanalına yerləşdirilmişdi. Görünür, hakimiyyət həqiqətən də arqumentlərinin yetərsiz olduğunu nəzərə alıb Mir Şahinə onu sildirtdirib.

Rəsmi Bakını sonunda yalnış yolun yarısından qayıtdığına görə təbrik edirik. Hər halda ataların sözü olmasın; zərərin yarısından qayıtmaq da faydalıdır.

P.S. Mir Şahinin özfəaliyyəti barədə məlumat APA-nın da səhifəsindən silinib

https://apa.az/az/hadise/mitinq-gunu-gultekin-hacibeylinin-xarici-diplomatlarla-danisiginin-ses-yazisi-yayilib-555539

 




Ana səhifəyə qayıt        Baxış: 2 912          Tarix: 21-10-2019, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma