Xəbər lenti

 

“Mən düşünürəm ki, mitinq, piket ümumiyyətlə sərbəst toplaşmaq hər bir vətəndaşın konstitusion hüququdur. Bu hüququ bu və ya digər səbəbdən kimsə məhdudkaşdıra və ya qadağa edə bilməz”.

Ovqat.com xəbər verir ki, Ağ partiyanın sədri Tural Abbaslı ötən şənbə günü keçirilən aksiyanı şərh edərkən belə deyib.

Partiya sədri əməkdaşımızla söhbətində Konstitusiyanın hər kəsdən və bütün qanunlardan yüksəkdə dayandığını vurğulayaraq təəssüflənib ki, Azərbaycan hakimiyyəti bu hüququn icrasına mütəmadi əngəllər törətməklə və davamlı olaraq mitinq müraciətlərinə absurd cavablar verməklə məşğuldur: “Belə olan halda da artıq insanların razılaşdırılmamış aksiyar keçirməkdən başqa çarəsi qalmır. Ayın 19-da da belə bir aksiya oldu. İnsanlar öz hüquqlarını reallaşdırmaq üçün küçələrə çıxdı və polis təzyiqi ilə üzbəüz qaldılar. İnsanlar həbs olundu, cərimələndi döyüldü və s. Bu dəfə həmçinin bir partiya lideri də işgəncələrə və döyülməyə məruz qaldı. Təbiidir ki, biz bütün bu halları qətiyyən qəbuledilməz və yolverilməz hesab edir, şiddətlə qınayırıq. Hakimiyyətdən tələb edirik ki, insanların sərbəst toplaşmaq azadlığını təmin etsin. Eyni zamanda son aksiya zamanı səlahiyyət həddlərini aşaraq insanlara təzyiq və işgəncə vermiş şəxslər cəzalandırılsın”.

Tural Abbaslının fikrincə, bunun sadəcə bir yolu var: “İqtidar anlamalıdır ki, artıq belə idarə etmək mümkün deyil, belə davam edərsə dövlətə və dövlətçiliyə təhlükə yaranacaq”.

Həmsöhbətimiz ölkəmizi indiki ağır vəziyyətdən xilas etməyin yolunu siyasi, iqtisadi, sosial və s sahələrdə dərin və köklü islahatlar aparılmaqda görür: İlk növbədə ölkədə demokratik idarəçilik qaydaları tətbiq edilməlidir. İqtidar-müxalifət-xalq arasındakı uçurum aradan qaldırılmalı və siyasi mübarizə metodu düşmənçilikdən  rəqabətlilik zəmininə keçməlidir. Bir sözlə, iqtidar demokratikləşməli və demokratik cəmiyyət quruculuğuna başlamalıdır. Əks təqdirdə bir gün xalq bu özbaşınalıq və anti-demokratik quruluşa dözməyərək küçələrə çıxaxaq və bunun qarşısını kimsə ala bilməyəcək. Heç kəsə də idarəolunmaz inqilabların nəticəsinin dövlətlər üçün necə ola biləcəyi sirr deyil”.

Abbaszadə Məhəmmədəli

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 908          Tarix: 21-10-2019, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma