Xəbər lenti

 

Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Ovqat.com-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilsin".

Digər bir Sərəncamla isə Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad olunub.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin".

Şahin Mustafayev kimdir?

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000-2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

2008-2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir.

Həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir. Ailəlidir, 3 övladı var.Ovladlarinin adlari Nihad Mustafayev,Abdulla Mustafayev və Nəsimi Mustafayev




Ana səhifəyə qayıt        Baxış: 1 035          Tarix: 22-10-2019, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma