Xəbər lenti

  

 

Amerikalı senator Stiv Kohen ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma erməni soyqırımına dair qətnamənin siyasi səbəblərdən qəbul olunduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, Kohen səsvermədə qanun layihəsinin lehinə səs verdiyini də bildirib:

“Həmişə erməni layihəsinə etiraz etmişəm, amma bu dəfə lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmirmiş kimi görünür”.

Kohen Türkiyənin Suriyada keçirdiyi əməliyyatların Konqresin mövqeyinə təsir etdiyini vurğulayıb: “Konqresin baxış istiqamətinin dəyişdiyini gördüm. Keçən ilədək erməni layihəsi heç vaxt 218 səsə yaxınlaşmamışdı”.

Ovqat.com-un əlavəsi

Ovqat.com xəbər verir ki, konqresmen Stiv Kohen həqiqətən ciddi bir məqama toxunub. Məsələ burasındadır ki, indiyə qədərki soyqırım müzakirələrində ABŞ prezidenti Türkiyə ilə münasibətləri pozmamaq xatirinə özünün veto hüququndan istifadə edib, Konqresdə qəbul olunan qətnamələri geri qaytara bilirdi. ABŞ qanunvericiliyinə görə, bu halda qətnamələr yenidən Nümayəndələr Palatasının gündəminə gəlir və 2/3 səs çoxluğu ilə qəbul olunduqdan sonra Senata göndəririlir. Senatda da eynilə 2/3 səs alacağı təqdirdə prezidentin təqdirinə çıxarılmadan qəbul olunur. 2/3 səs çoxluğu baryerini keçə bilmədiyi təqdirdə isə proses dayanır. İndiyə qədərki səsvermələrdə qətnamənin böyük səs çoxluğu qazana bilməməsi Prezidentin veto hüququndan istifadəsinə ümid yaradırdı. İndisə qətnamə böyük əksəriyyətin səsini qazandığından ABŞ prezidentinin veto hüququ da işə yaramır. Zira geri qaytarılan layihənin eyni səs çoxluğu ilə qəbulu mütləq kimi görünür. Belə çıxır ki, Tramp istəsə belə, qətnamənin qəbulunu dayandıra bilməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 869          Tarix: 1-11-2019, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma