Xəbər lenti

 

 

Ötən cümə Təbrizin “Traxtur Sazi” futbol komandası öz meydançasında Tehranın “İstiqlal” komandasını qəbul edib. Qarşılaşma İran Körfəz Kuboku uğrunda gedib. Oyun 2-4 hesabıyla qonaqların xeyrinə bitsə də, stadionda maraqlı anlar yaşanıb.

Ovqat.com xəbər verir ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli komandası halına gələn “Traxtur Sazi”nin bütün oyunları milli idealların nümayişi matçına çevrilir. Xüsusilə paytaxt komandaları ilə qarşılaşmalar.

Cümə günü “Traxtur Sazi”nin stadionda soydaşlarımız milli azadlıq şüarı ilə yanaşı, Türkiyənin Şimali Suriyada apardığı Barış Pınarı əməliyyatına dəstəklərini də ifadə ediblər. Stadionda toplanan futbol azarkeşləri bir ağızdan “Türkiyə”, “Təbriz, Bakı, Ankara, Biz hara, Tehran hara” şüarları səsləndiriblər. Azarkeşlər həmçinin Türkiyə ordusunu əsgər salamı ilə alqışlayıblar.

  

Xatırladaq ki, bu salam Barış pınarı hərəkatının ilk günlərində Türkiyə yığmasının Fransa ilə qarşılaşmasında ortaya çıxmış və türk futbolçuları vurduqları qolun sevincini əsgər salamı ilə qeyd etmişdilər. Futbolçuların əsgər salamı öz ordularını dəstəkləmək kimi başa düşülmüşdü. Daha sonra Medipol Başakşehirin 1-0 məğlub etdiyi Avsturiya komandası Wolfsbergerlə qarşılaşmasında da vurulan qolu Türk ordusuna ərmağan futbolçular Edin Visca, Azubuike, Robinho və İrfan Kahveci UEFA tərəfindən cəzalandırılmışdılar.

 

 

Beləcə, getdikcə Türkiyə komandaları arasında ənənə halını alan qələbə sevincli əsgər salamı digər idman növlərində də yayılmışdı. Türkiyənin basketbol yığmasının oyunçuları da öz qələbələrini bu şəkildə ifadə etmiş və onlardan bəzilərinin xarici komandalarla bağladıqları müqavilələrə son qoyulmuşdu.

 

Türkiyə idman komandaları arasında yayılan əsgər salamı indi Cənubi Azərbaycana sıçrayıb. Öz komandalarını əsgər salamı ilə dəstəkləyənlər arasında cənublu milli azadlıq fədailərindən olan Yeni Azərbaycan Birliyinin sədri Qüdrətullah Yusifi də var. O da Traxtur Sazi-İstiqlal Tehran qarşılaşmasında sevimli komandası ilə yanaşı Türk ordusuna verdiyi əsgər salamının fotosunu çəkib və sosial şəbəkələrdə paylaşıb.

Maraqlıdır ki, “Traxtur Sazi”nin stadionu Təbrizin Qurdlar dərəsi məhəlləsində yerləşir. Bu komandanın oyunçuları isə Cənubi Azərbaycan futbol azarkeşləri arasında qurd kimi tanınırlar. Bu da təbii ki, təkcə stadionun yerləşdiyi məkanın adını ifadə etmir, həm də “Traxtur Sazi”nin türk millətçiliyinin simvolu ilə özdəşləşməsi deməkdir. “Traxtur Sazi”nin qələbələrinin “Qırmızı qurdlar filan komandanı parçaladı” şəkilində sosial şəbəkələrdə paylaşılması Cənubi Azərbaycanda milli azadlıq ideallarının idman yarışlarına daşındığının ən bariz nümunəsidir.

 

Görünür, rəsmi Tehran milli azadlıq hərəkatına basqılarını artırdıqca, meydanlarda öz sözünü deyə bilməyən milli fəallarımızın ideyalarını tamamilə başqa istiqamətlərdə xalqa çatdırmağa məcbur olurlar.




Ana səhifəyə qayıt        Baxış: 3 062          Tarix: 3-11-2019, 08:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent