Xəbər lenti

  

Hər bir səfir ölkəsini xaricdə təmsil edir, onun barəsində müəyyən qənaətlər yaradır. Odur ki, qədim dövrlərdən indiyədək bütün xalqın içərisindən ən yaxşı, mədəni, danışıq qabiliyyəti olan birisini seçib səfir qoyublar. İnsafən, Azərbaycan iqtidarı da bu zamanadək öz diplomatik nümayəndələrini ölkəmizin qaymaqları arasından seçərək bu mühüm vəzifəyə gətirib. Onlar ya elm, mədəniyyət və incəsənət xadimləri, ya tarixçilər, ya da danışığını bacaran ədiblər olublar.

Zahirən, bunlardan ən qabiliyyətli görünəni isə Rusiyadakı səfirimiz Polad Bülbüloğludur. Adam gözünü incəsənət xadiminin ailəsində açıb, özü də bu yolu davam etdirib və uzun illər ölkəmizin Mədəniyyət naziri işləyib. Dolayısıyla ruhən də incə, sözünün yerini bilən insan təsiri bağışlayır.

Bəs, onun bu zahiri görkəmi batininə də hopubmu? Ən əsası, Polad bülbüloğlunun danışığı necə, diplomat ritorikasına oxşayırmı və təmsil etdiyi xalq barəsində Rusiyada nə cür təəssürat yarada bilir?

Atalar demişkən, yüz eşitməkdənsə, bir görməyin yaxşı olduğunu düşünüb Polad Bülbüloğluya aid edilən bir monoloqunu Ovqat.com oxucularının müzakirəsinə buraxırıq. Buyurun, sizi təmsil edən adamı eşidin və ona özünüz qiymət verin:




Ana səhifəyə qayıt        Baxış: 5 336          Tarix: 5-11-2019, 01:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma