Xəbər lenti

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ictimaiyyətə müraciət ünvanlayıb.

Baş İdarədən Ovqat.com-a verilən məlumata görə,  qurumun rəisi Raqif Abbasov yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsi aksiyaya qoşulmağa dəvət edərək deyib: “Noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq paytaxt sakinlərini, gəncləri, vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik. Həmin gün əhalini inzibati binalardan, evlərdən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa dəvət edir, həmrəy olmağımızı, milli atributumuz olan bayrağa sevgi və hörmətimizi, aksiya vasitəsilə tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Xankəndidə asacağımıza hamımızın həmrəy olduğunu göstərməyə çağırış edirik”.

R.Abbasov Baş İdarə tərəfindən bayramla əlaqədar bir neçə tədbirlərin də keçiriləcəyini vurğulayaraq bildirib: “Dövlət Bayrağı Günü ilə bağlı Sabunçu rayonunun Nardaran qəsəbəsində veloyürüş keçiriləcək, Gəncliyə Yardım Fondunda “Mənim bayrağım” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan gəncliyinin dövlət bayrağına sevgisinin artırılması məqsədilə “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 876          Tarix: 6-11-2019, 21:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent