Xəbər lenti

 

Fransa prezidenti Emmanuel Makronun NATO-dan imtina edib Avropa Birliyi hərbi alyansını yaratmaq təklifinə NATO-nun Baş katibi Yens Stoltenberqdən cavab gəlib.

Ovqat.com xəbər verir ki,  Stoltenberq AB-nin özünü müdafiə edə bilməyəcəyini bildirib.

O, Berlin divarının yıxılmasının 30 illiyi münasibətilə gəldiyi Berlində ABŞ-ın Avropanın müdafiəsi üçün əhəmiyyətini vurğulayaraq, soyuq müharibədən sonrakı dövrü xatırladaraq bildirib ki, Vaşinqtonun icazəsi olmasaydı, nə Almaniya birləşəcəkdi, nə də Avropa İttifaqı yaranacaqdı.

 Stoltenberqin fikrincə, bu cür təşəbbüslər nəinki Transatlantik İttifaqı zəiflədir, eyni zamanda Avropanın özünün də bölünməsi riskini yaradır.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu gün "Economist" jurnalında dərc olunan müsahibəsində NATO-nun beyninin öldüyünü və Aİ-nın öz müdafiə alyansını yaratmağı təklif edib. Onun ötən ayın əvvəllərindən müxtəlif çıxışlarında üstüörtülü şəkidə dilə gətirdiyi bu fikir Almaniya tərəfindən müsbət qarşılansa da, Qərbi Avropanın taleyini ABŞ-ın qarantorluğunda görən İngiltərə və Rusiyadan çəkinib Qərbə sığınan Şərqi Avropa ölkələri isə təklifə qarşı çıxır.




Ana səhifəyə qayıt        Baxış: 1 825          Tarix: 7-11-2019, 21:12      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent