Xəbər lenti

 

YAP-ın qurucularından biri, “köhnə qvardiya”nın “ağır artilleriyası” Əli Nağıyevin prezident köməkçisi Əli Həsənov barəsində fikirlərini dərc etdiyim üçün iqtidar nümayəndələri məni qınayırlar. Onların müxtəlif kanallarla mənə çatdırdıqları iradlarını 3 qrupda təsnifatlandırmaq olar:

  1. Siz baş redaktor olmadan əvvəl kim idiniz? Anadangəlmə baş redaktor deyildinizsə, niyə başqasını anadangəlmə prezident köməkçisi olmadığına görə qınayırsınız?
  2. Dərc etdiyiniz yazı 2 həftə bundan əvvəl başqa sayt tərəfindən yayımlanıb. Onu təkrar yayınlamaq hansı ehtiyacdan yarandı?
  3. Hakimiyyət nümayəndələri barədə alçaldıcı iddialar sərgiləyən yazıların dərci jurnalistika etikasına nə qədər uyğundur?

Cavablarım:

  1. Mən baş redaktor olmamışdan əvvəl diş texniki idim. Diş texnikliyindən birdən-birə baş redaktorluğa sıçramağımın səbəbi, yəqin ki, sizə də aydındır və burda bir qəbahət varsa, mənə yox, sizə aiddir. Sizin söz azadlığını boğmaq siyasətiniz nəticəsində bir jurnalist birdən-birə diş texnikiliyinə yuvarlanırsa, fürsət yarandığı təqdirdə onun birdən-birə baş redaktorluğa sıçrayışını da normal qəbul etməlisəniz. Çünki onun diş texnikliyi normal deyil, zorən “metamarfoza” idi. Bütün daşlar öz yerinə oturanda isə zorən yad sahədə çalışanlar doğma sahələrinə qayıdırlar.

İkincisi, mən  zorən diş texniki olmuşam, könüllü “dəftərdaşıyan” və ya “ayaqqabı cütləyən” yox.

Üçüncüsü, Əli Həsənov barəsində irəli sürülən heç bir fikir mənə aid deyil. Onun vaxtilə himayədarı olan birinə aiddir. Zənnimcə, irad ünvanına yönləndirilsə, daha doğru olar. Sözü deyən kənarda qaldığı halda, onu yazanı qınamaq heç bir ədalət ölçüsünə sığmır. Üstəlik, mən heç yazan da deyiləm. Yazını başqa saytdan götürüb, söz ələyindən keçirərək artıq kəlmələrdən təmizləyib  yayımlamışam. Müasir terminlərlə desək, adminliyini etmişəm. Harda görünüb ki, yazıya görə admini qınayasan?

 

  1. Bir yazının aktuallığı onun dərc olunduğu zamanla yox, problemin aradan qaldırılması ilə ölçülür. Yazıda ortaya qoyulan problem Əli Həsənovun öz yerində olmaması ilə əlaqədardır. Səhv etmirəmsə, Əli Həsənov hələ də hakimiyyətdəki layiq olmadığı postunu qoruyur. Məntiqlə, o, öz postundan uzaqlaşdırılmayana qədər problem də aktual olaraq qalacaq. Yəni yazının ilk dəfə 2 həftə, yaxud 2 il bundan əvvəl çıxmasının məsələyə dəxli yoxdur.
  2. Kiminsə haqqında alçaldıcı materialların dərc olunmaması prinsipi yalnız hökumət nümayəndələrinə deyil, hər kəsə şamil olunmalıdır. Çünki biz ən azından kağız üzərində olsa belə, hüquqi və demokratik dövlətdə yaşayırıq. Konstitusiyamızla təsbit edilən bu prinsiplər vəzifəsindən asılı olmayaraq hər kəs üçün keçərlidir və demokratik ölkələrdə heç kimin heç kimdən üstünlüyü yoxdur. Nə yazıq ki, Azərbaycan mətbuatına söyüş ritorikasını gətirən də elə indi başqalarından öz şərəf və ləyaqətinə hörmət gözləyən Əli Həsənovdur. Özü də başqalarının ailə sirlərini ictimailəşdirə-ictimailəşdirə, övladı, həyat yoldaşı haqqında böhtan xarakterli dezinformasiyalar  yaya-yaya, sözəbaxmayan müxalif qüvvələri şantaj edə-edə bu işi görüb. İndisə öz silahdaşının, daha dəqiq desək,  himayədarının, ağsaqqalının onun özü barədə söylədiyi bir neçə iynəli sözə dözə bilmir.

Hakimiyyət nümayəndəsinin  özü ilə vətəndaş arasında bu cür ayrıseçkilik sərgiləməsi  heç cür başa düşülən deyil və Türkiyənin böyük söz adamı Aşıq Veysəlin “Məni xor görmə, qardaşım” türküsünü yada salır:

“Beni hor görme, kardeşim!
Sen altınsın, ben tunç muyum?
Aynı vardan var olmuşuz,
Sen gümüşsün, ben saç mıyım?

Ne var ise sende, bende;
Aynı varlık her bedende.
Yarın mezara gidende
Sen toksun da, ben aç mıyım?




Ana səhifəyə qayıt        Baxış: 2 364          Tarix: 8-11-2019, 21:34      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent