Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan həmkarı Donald Trampla Ağ evdə görüşündən sonra ABŞ-ın Türkiyəyə qarşı mövqeyinin xeyli yumşaldığı müşahidə edildi. Görüşdən dərhal sonra “erməni soyqırımı” layihəsini Konqresin alt palatasında müzakirəyə çıxaran və böyük səs çoxluğu ilə keçirən senator Lindsey Graham öz təklifini blok etdi. Bu isə o deməkdir ki, təklif Konqresin üst Palatasında – Senatda müzakirə edilməyəcək və qüvvəyə minəcək.

Ovqat.com-un məlumata görə, ABŞ-ın Şimali Suriyadakı kürd separatçıları ilə bağlı mövqeyində də xeyli yumşalmalar var və yaxın günlərdə bunun şahidi olacağıq.

Xatırladaq ki, Türkiyə prezidentinin ABŞ səfərinin başlıca səbəbi də elə Vaşinqtonun Suriyadakı kürd separatçılarına verdiyi dəstəyi müzakirə etmək idi. Səfərdən əvvəl ABŞ rəsmiləri Türkiyədən əksəriyyəti PKK-çılardan təşəkkül tapan DSG lideri Məzlum Kobani ilə danışıqlar masasına oturmağı tələb edir və onu Ağ evdə qəbula hazırlaşırdı. Trampın Ərdoğana göndərdiyi siyasi və diplomatik etikadan kənar ritorika ilə yazılmış məktubuna da Məzlum Kobaninin Ağ evə diləkçəsi əlavə olunmuş, rəsmi Ankaranı NATO-dakı ən qüdrətli müttəfiqini nəzərə almaq məcburiyyətində buraxmışdı.   

 

 Türkiyənin bir müddət əvvəl Şimali Suriyada başlatdığı Barış Pınarı əməliyyatına ara verməsinin səbəbi də elə ABŞ-ın basqıları idi. Türkiyəyə səfərə gələn ABŞ vitse-prezidenti Mayk Pens ilə danışıqlar aparan Ərdoğan Barış Pınarı əməliyyatının 8-ci günündə 120 saatlıq atəşkəs elan edilmişdi. Halbuki, Türkiyə Silahlı Qüvvələri “Barış Pınarı” əməliyyatının ilk günündə onun hədəfini “32 km dərinliyində, 444 km genişliyində” olaraq açıqlamışdı. Türkiyə isə əməliyyatı cəmi 120 km genişliyinə çatdıranda ABŞ-dan təzyiqlər gəlməyə başlamış və irəliləyişə ara verilmişdi.

Əməliyyat dayandırılsa da, Ərdoğan Vaşinqtondan gələn bu basqılarla razılaşmır, xüsusilə Məzlum Kobani ilə Trampın yaxın təmasını ABŞ kimi bir dövlətə və onun rəhbərinə yaraşdırmadığını bildirirdi. O, Ağ evdə keçirdiyi görüşlərdə də bu iddiasını dəfələrlə dilə gətirdi. Ərdoğanın ABŞ-lı həmkarı ilə görüşündən sonra Vaşinqtonun bu məsələdə də geri çəkildiyi, Türkiyənin Şimali Suriyada yürütdüyü əməliyyatlara “yaşıl işıq” yandırdığı iddia edilir.

Bəs, Ərdoğan bu diplomatik zəfərə necə nail oldu?

 

Özünün dediyinə görə, nəticənin əldə olunmasında Türkiyənin hazırladığı 4 dəqiqə yarımlıq bir videonun da böyük təsiri vardı. ABŞ-dan geri dönərkən, R.T.Ərdoğan Türkiyəli jurnalistlərlə söhbətində bu etirafı dilə gətirərək deyib:

“Bu videonu izlədikdən sonrakı tövrlərində, mənə görə ən önəmli hava sayın Prezidentdə oldu. O xeyli təsirləndi”.

Trampı belə “ağladan” və Türkiyəyə diplomatik uğur qazandıran həmin videonu təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 080          Tarix: 15-11-2019, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma