Xəbər lenti

  

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ABŞ-lı həmkarı Donald Trampla görüşündən sonra ABŞ senatoru Lindsey Grahamın  müəllifi olduğu “erməni soyqırımı” qətnamə layihəsini geri çəkməsi iki ölkə rəhbərliyinin ən ümdə məsələlərdə ortaq məxrəcə gəlməsi barədə ümid yaratmışdı. Suriyanın şimalından gələn xəbər isə bu ümidlərin çox da əsaslı olmadığını təsdiqləyir. Görünən budur ki, Türkiyə-ABŞ arasında hələ də həllini gözləyən çox ciddi fikir ayrılıqları var. Bunlardan biri də kürd separatizmi məsələsidir.

Ovqat.com xəbər verir ki, Türkiyənin terrorçu kimi tanıdığı və əleyhinə materialları ABŞ rəhbərliyinə təqdim etdiyi Məzlum Kobanı (Abdi) bu gün Twitter paylaşımında Donald Trampın kürd separatizmini dəstəklədiyinə ehyam vuraraq, ona təşəkkürünü bildirib. M.Kobaninin fikrincə, Trampın bu səyləri bölgəni etnik təmizlikdən qoruyur.

 

https://twitter.com/MazloumAbdi/status/1195382705027977219?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1195382705027977219&ref_url=https%3A%2F%2Fwww.rudaw.net%2Fturkish%2Fkurdistan%2F151120198

Ən maraqlısı isə odur ki, Kobani bu paylaşımında ABŞ prezidentini də etiketləyib və Donald Trampdan ona hər hansı etiraz gəlməyib. Halbuki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ona Məzlum Kobaninin fəaliyyətini əks etdirən video izlətmiş və Trampın bundan çox təsirləndiyini bildirmişdi. Məzlum Kobaninin bugünkü paylaşımı isə Trampın üzüntüsünün timsahın göz yaşlarından fərqli bir şey olmadığını təsdiqləyir.

Məzlum Kobaninin bu paylaşımından sonra İŞİD-ə qarşı Koalisiya Qüvvələrindən də kürd separatçılarını dəstəkləyən açıqlama verilib. Açıqlamada İraq və Suriyadakı Peşmərqə və DSG qüvvələrinin İŞİD-lə mübarizədə dəstəklənməsinin davam ediləcəyi vurğulanıb.

 

Qeyd edək ki, Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Vaşinqtonda bir araya gəlmişdilər. Türk mediasından fərqli olaraq, kürd mətbuatı görüş zamanı Trampın Ərdoğana İŞİD-lə mübarizə və neft yataqlarının qorunması üçün DSG dəstəkləməyi davam etdirəcəklərini söylədiyini iddia edir. Ən maraqlısı isə odur ki, Ərdoğanla Tramp arasındakı ikitərəfli danışıqlardan sonra “erməni soyqırımı” layihəsini bloklayan Lindsey Graham da “Rûdaw”-a verdiyi açıqlamasında tamamilə başqa mətləqlərdən danışıb. Senatorun bildirdiyinə görə, Oval ofisdə Ərdoğanla görüşündə ona bəzi iradlar tutub: “Prezident Ərdoğan özlərini İŞİD-i məğlub edənlər kimi təqdim edəndə etiraz etdim. İŞİD-i məğlub edənlərin onlar yox, DSG və əsasən kürdlər olduğunu dedim. Dedim: 'Siz heç kimin edə bilmədiyini etdiniz və Konqresi bir araya gətirə bildiniz”.

Lindsey Grahamın, görünür, burda eyham vurduğu hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyəyə qarşı çıxarılan hər iki qətnaməyə indiyədək görünməyən ölçüdə səs verilməsidir. Xatırladaq ki, 13 noyabr toplantısında konqresmenlər Suriyanın şimalında əməliyyatlar apardığı üçün Türkiyəyə sanksiyalar tətbiq olunmasını 16 “Xeyr”ə qarşı 403 “Bəli”, “erməni soyqırımı”nı isə 11 “Xeyr-ə qarşı 405 “Bəli” səslə qəbul etmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 15-11-2019, 23:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma