Xəbər lenti

 

Ən elementar hüquq və azadlıqları əlindən alınmış insan oğlu qarşısı bəndlə kəsilmiş böyük su anbarları kimidir. Bənd nə qədər möhkəm olursa-olsun, bəzən kiçik bir çınqıl qopması su anbarlarının dağılmasına yol açdığı kimi, səbr kasası dolmuş xalqların da ayağa qalxmasına, öz məhvərini aşmasına kiçicik bir narazılıq kifayət edir. Odur ki, ilk baxışdan böyük inqilabi proseslərin təkanı kimi görünən kiçik hadisələr əslində onun səbəbi yox, bəhanəsi olur. Necə ki, hazırda İranı bürüyən etiraz dalğası da ilk baxışdan yanacaq qiymətlərinin artmasından qaynaqlanır. Amma vəziyyətin bu hala gəlib çıxmasının isə 10 illərə söykənən dərin qatı, səbəbi var.

Yarandığı gündən bəri İran xalqının azadlığını buxovlayan, ona söz haqqı verməyən, din adına zorakılıqlarla ölkəni idarə edən molla rejimi nə zamansa xalqın qəzəbinə gəlməliydi. Sadəcə milli qəzəbin alovlanması, barıt çəlləyinin partlaması üçün bir qığılcım gözlənilirdi və o qığılcım da benzin qiymətlərinin artırılması ilə qopdu.

 

Dünyanın ən zəngin neft və qaz ölkəsi olan İran, təbii ki, bu cür ac yaşamağı haqq etmirdi. Necə ki, Azərbaycan da etmir. Bu gün ayağa qalxan yüzminlərlə iranlı sadəcə avtomobillərini hərəkətə gətirən yanacağa görə öz etiraz səsini ucaltmır. İranlılar həm də korrupsiya bataqlığına saplanmış ölkədə ancaq bir ovuc mollanın şad-xürrəm yaşamasına, digərlərinin aclıq və səfalət içərisində çabalamasına, bu da azmış kimi, bir də onlara aid olmayan torpaqlarda müharibə ilə sınağa çəkilməsinə etiraz edirlər.

İran İslam İnqilabı baş verəndən bu ölkənin hər bir fərdinin son tikəsini belə, qonşu dövlətlərə inqilab prinsipləri ixrac edən  təbliğatlara, dünyanın nəhəngləriylə hərbi hesablaşmalara xərcləyən rejim sonunda haqqı əlindən alınan xalqının qarşısında hesabat verməli idi. Bu gün Tehrandan Təbrizə, Əhvazdan Qəzvinə qədər milli və məzhəbi mənsubiyyətindən asılı olmayaraq bütün İranı bürüyən etiraz dalğaları də məhz xalqın onu idarə edənləri məşhər ayağına çəkməsidir.

 

İraqdan yenə xalq üsyanları ilə qovulan İran indi öz sərhədləri daxilində üsyanlarla boğuşur. Xarici embarqolarla bütün nəfəslikləri bağlanan rejimin isə qarşısında çox da geniş çıxış yolu  qalmayıb. Ya rejim kükrəmiş selə dönən İran xalqının milli iradəsi ilə hesablaşacaq, ya da vətəndaş müharibəsiylə üzləşib eynilə Məhəmməd Rza şah kimi sonunda təslim olacaq.

Amma İranın molla rejiminin şahdan fərqli olaraq, sığınacağı xarici dövlət də yoxdur. Əslində ölkənin problemini artıran əsas səbəb də budur. Bu gün ona ən yaxın olan İraqdan belə “İran, evinə” şüarları ilə qovulan teokratik rejim Ermənistana dəstək verə-verə nə Azərbaycanda, nə Türkiyədə, nə də başqa ölkələrdə üz yeri qoyub. Əli-ayağı hər yerdən kəsilən mollalar son anına  qədər dirənməyə məcburdurlar. Amma onların öz ölkəsində rəğbət gördükləri çevrənin dairəsi də getdikcə daralır. Allah axırlarını xeyir eləsin.

 

İrandan youtube kanalına düşən video-görüntülər də bu çarəsiz durumu sərgiləməkdədir.

Qonşu dövlətdə bu gün baş verən üsyanlardan çəkilmiş bəzi fraqmentləri Ovqat.com oxucularına təqdim edirik. Videolardan da göründüyü kimi qiyama qalxmış xalq 40 il bundan əvvəl yenə eyni şəkildə qovduğu şaha rəhmət, molla rejiminə isə lənət oxuyur. 

Azərbaycanı idarə edənlər də bu görüntülərdən ibrət dərsi çıxarsınlar.

 Qan inqilabları yatırtmaz, əksinə bəsləyər

Polislərin sərt müdaxiləsi nəticəsində Şiraz, Bəharestan və Şəhriyar şəhərlərində 3 nəfər dünyasını dəyişib:

“İnsan bütün ehkamların üstündədi, Heydər!
Taxt üstünə qan damsa əsalət gedər əldən”.

 

İnqilabın beşiyi Təbriz

Cin şüşədən çıxır

 

 

 

Paytaxt qarışıb

 

Tehranda etiraz edənlər yolu bağladılar.

 

 

 

 

 

 

 

Əhvaz: İranın ən gərgin şəhəri

 

 

Müxtəlif şəhərlər

 

 

 

 

Şiraz

 

 

Xürrəmabad:

Nə xürrəmi qaldı, nə abadlığı.

 

 

Savə şəhəri

 

 

 

Buşəhr

 

 

 

Məşhəd

Diktaturanın beşiyində “Diktatora ölüm!”

 

 

 

 

Bircənd şəhəri

 

 

İsfahan şəhəri

 

 

 

 

 

 

Gəcsəran

 

 

Sənəndəc

 

 

Brucen

 

 

Sircan

 

 

İslamşəhr

Molla rejimi bəlkə də ən böyük pisliyi bu şəhərə edib; inqilabdan sonra adını qoruya biləcəkmi, bəlli deyil.

 

 

Kermanşah

 

 

Qəzvin

 




Ana səhifəyə qayıt        Baxış: 6 409          Tarix: 16-11-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma