Xəbər lenti

  

İranın Azərbaycana qarşı ideoloji savaşının aparıcı qollarından olan “MÜSƏLMAN XALQ”  youtube kanalı rəsmi Bakını terrorla təhdid edib.

Ovqat.com xəbər verir ki, ilahiyyatçı Musa Əsədzadə dünən yaydığı çıxışında açıq şəkildə Azərbaycanda Gəncə hadisələrinin daha şiddətlisinin baş verə biləcəyini bəyan edib.

Video-çıxışda Musa Əsədzadənin ən diqqətçəkici sözləri belə olub:

“Azərbaycanda Yunis Səfərovlar az deyil”

“İstər zindanın rəisi, Fikrət, bilmirəm, nəyev olsun, istər onların arxasında dayanan güclər olsun, xatırlasınlar ki, bu ölkədə Elmar Vəliyev məsələsi təcrüb olunub. Elmar Vəliyev də o xülyaya qapılmışdı ki, mənim arxamda elə bir güc dayanıb ki, heç kim mənə bata bilməz. Bu ölkənin, yadınızda saxlayın, Yunis Səfərov kimi qəhrəman övladları var. Onlar meydana çıxanda arxanızda nə İsrail dayana biləcək, nə də ki söykəndiyiniz hakimiyyət.”

“Əgər xüsusilə Hacı Abgül Süleymanov, Hacı Taleh Bağırzadə və Mövsüm Səmədov kimi şəxsiyyətlərin başından bir tük əskik olarsa, bu ölkədə o qəhrəman oğullar meydana çıxa bilər”.

Musa Əsədzadənin fikrincə, Azərbaycanda klanlararası mübarizənin vüsət aldığı indiki şəraitdə xaotik vəziyyətin yaranması və bu cür təxribatların baş verməsi istisna deyil, bunun əvəzini isə rəsmi Bakı ödəyəcək.

Ovqat.com-un təxminlərinə görə, ilahiyyatçı “legioner” zindanın rəhbəri adlandırdığı Fikrət adlı şəxsin familyasını xatırlamasa da, böyük ehtimalla, Azərbaycan Ədliyyə naziri Fikrət Məmmədovu nəzərdə tutur.




Ana səhifəyə qayıt        Baxış: 3 650          Tarix: 17-11-2019, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma