Xəbər lenti

 

İranın “boz kardinalı” Əli Əkbər Vilayətinin Bakıda keçirilən Dünya dindarlarının II sammitinə gəlməməsinin səbəbi anlaşıldı.

Ovqat.com xəbər verir ki, sammitdən əvvəl İranın dini liderinin xarici məsələlər üzrə köməkçisi Əli Əkbər Vilayətinin məlum tədbirdə iştirak etmək üçün Bakıya gələcəyi bildirilirdi. Hətta Argentina dövləti Azərbaycanın bu ölkədəki səfirini çağırıb Vilayətinin həbs olunub onlara veririlməsini tələb edirdi. Azərbaycandan bunların tələb edilməsi fonunda Vilayətinin sammitə qatılmaması ciddi şübhələrə yol açmışdı. Bəziləri hətta onun qorxusundan Bakıya gəlmədiyini düşünürdülər.

İranın yarırəsmi saytları isə başqa şeylər iddia edirlər. Onların fikrincə, İran tərəfi Bakıda keçirilən bu tədbirə ümumiyyətlə əhəmiyyət verməyibmiş. Hər halda “Arannews”-in yazdığından  belə anlaşılır.

 

“Bu yaxınlarda yenə Bakıda dinlə bağlı nəsə tədbir gedirdi. Heç kəsə maraqlı olmadığı kimi bizə də maraqlı deyildi. Çünki Allahdan, İslamdan uzaq düşmüş bir dəstə insan öz aləmlərində özlərini islamçı hesab edir, öz zehnlərində düzəltdikləri İslam və dövlət münasibətlərindən dəm vururdular. Hamı da bilir ki, əməldə heç nə yoxlarıdır. Deməli, bu insanlara “din niyə dövlətdən ayrıdır” desəniz başlayacaqlar ki, din müasir tələblərə cavab vermir, nə bilim multukultural belə gəldi, müasirlik (əxlaqsızlıq mənasında) elə getdi və s.”-İranın yarırəsmi saytı belə yazır.

 

Tıqlayaraq oxuya bilərsiniz: İslam gerilik dinidir, yoxsa İlham Əliyev mağarada yaşayır 

Öz ağlına görə, Azərbaycan rəhbərliyini aşağılayan portal, yəqin bilmir ki, İranın bəyənmədiyi həmin tədbirdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və təriqətin lider və təmsilçiləri,  həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi iştirak edirdilər. Əgər onların hamısı Allahdan və dindən uzaq düşmüş dəstənin üzvləridirsə, bəs o zaman müsəlman kimdir?

 

Üstəlik, pis-yaxşı, bu tədbirdə iştirak edənlərdən biri də İran idi. İranı təmsil edən Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman nə qədər əhəmiyyətli adam olub-olmadığını, “Allahdan, İslamdan uzaq düşmüş dəstənin bir üzvü kimi öz aləmində özünü islamçı sayıb-saymadığını müəyyənləşdirməyi İran rəsmilərinin öhdəsinə biraxırıq. Göbəyi "Xübrəqan" məclisində kəsilən “Arannews”, sözsüz ki, öz adamlarını bizdən yaxşı tanıyar. Amma biz həmin Abuzər İbrahimini İran dini iradəsinin nümayəndəsi kimi ən yüksək səviyyədə qəbul etdik.  Çünki diplomatik protokolda elçi onu elçiliyə göndərənin özü deməkdir. Bu məntiqlə, elçi göndərən elçini seçəndə qarşı tərəfə yox, özünə qiymət verir, “mən bundan ibarətəm”, deyir. Elçi qəbul edən isə kimliyinə, şəxsiyyətinə, “Allahdan, İslamdan uzaqdüşmüşlüyünə” baxmadan onu təmsil etdiyi adam kimi qəbul etməlidir. Necə ki, İran elçiləri də Azərbaycanda təmsil etdikləri şəxs kimi qəbul olundular. Onlar ölkə başçısı və I vitse-prezident səviyyəsində qarşılanıb yola salındılar.

 

O ki qaldı “din-siyasət” vəhdətinə, “Arannews” gərək bu məsələdə xüsusilə şiə aləmində ciddi fikir ayrılığının olduğunu unutmayaydı. Zira bu unutqanlıq onun göbəyinin kəsildiyi “Xübrəqan" məclisinə yaraşmaz.

Bəlli olduğu kimi, bu gün İranla İraq arasında ən ciddi fikir ayrılığının əsasında məhz bu iki anlayışa fərqli yanaşmalar dayanır. İranın dini lideri ayətullah Əli Xamaneidən fərqli olaraq, İraq dini lideri Əli Hüseyni əl-Sistani dinin siyasi olduğuna inanmır və bu fikri yaxına bıraxmır. O hesabla gərək Sistani də Allahdan, İslamdan uzaq düşmüş dəstədən ola. Halbuki, şiə dünyasının ən böyük mərcəi təqlidi Xamanei yox, Sistani sayılır.

 

Dinin siyasətdən ayrı olduğunu düşünən təkcə Sistani də deyil. İran İslam Respublikasının qurucusu Ruhullah Xumeynini 1964-cü ildə şahın “Ağ inqilab” islahatları zamanı həbsdən qurtaran, bunun üçün Xumeyniyə ayətullahi-uzma statusu verən və “ayətullahi-uzmalar həbs oluna bilməzlər” fitvası yayınlayan Şəriətmədari də bu düşüncəni müdafiə edirdi, məhz buna görə də Xomeyni ilə yollarını ayırmışdı. Hətta o illərdə İslam inqilabı radikalları Şəriətmədarini də eynilə “Arannews” kimi “Allahdan və dindən uzaqlaşmaq”da ittiham etsələr də, Ruhullah Xomneyi bu fikrə qatılmamış və “böyük ayətullahlar ittiham olunmaz” fitvasına uyğun şəkildə onun həbsinə imkan verməmiş, guya öz mənəvi borcunu geri qaytarmışdı. Dolayısıyla onu ən azı özü səviyyəsində ayətullah olduğunu etiraf etmişdi. (Baxmayaraq ki, bundan iki il sonra Şəriətmədarinin dünyasını dəyişməsi hələ də üzərindən şübhə pərdəsi qalxmamış müəmmalı ölümlərdən sayılır).

 

İndi sual olunur: “Arannews” Ruhullah Xomeynidən dəmi çox bilir?

Bizi ən çox təəccübləndirən isə “Arannews”-ın İŞİD təkfirçiliyindən fərqsiz düşüncələri yox, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin vaxtaşırı ünvanına  söylənilən aşağılayıcı üsluba dözməsi, heç bir cavab verməməsidir. İlk dəfə İran prezidenti Həsən Ruhaninin Qoşulmama Hərəkatının Bakı sammiti çərçivəsində gəldiyi Bakıdakı İran səfirliyində şeyxülislamla görüşüylə başlayan bu aşağılamalar daha sonra dəfələrlə təkrarlandı. Şeyxülislam isə özünün eşitməzliyə vurdu. Biz “yəqin, şeyx həzrətləri, haqqında deyilən naxoş sözlərdən bixəbərdir” düşüncəsiylə onun ofisinə suallar ünvanladıq. Bu sualların ona çatdığına əmin olduğumuz halda, hələ də cavabını eşitmək nəsibimiz olmayıb. İndisə İranın yarırəsmi saytı bir az da irəli gedərək şeyxülislamı "Allahdan və dindən uzaqlaşan əxlaqsız bandanın dini lideri" kimi təqdim edir. Şeyxülislan isə yenə də sükutunu pozmur. Biz onu bu rəzalətə cavab verməyə səsləyərək, şəxsinə göndərdiyimiz sualları dərc edirik. Ya şeyx, buyurun, bizi narahat edən bu suallara cavab verin. Çünki burada aşağılanan təkcə siz yox, həm də Azərbaycan dövləti və vətəndaşıdır.

 

Məktubumuz:

Cənab Şeyx!

Bildiyimiz kimi, bir neçə gün öncə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII zirvə görüşündə iştirak etmək məqsədilə rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə İran səfirliyində görüşdü. İranın President.ir  saytında H.Ruhani ilə A.Paşazadənin görüşündən bəhs edən xəbərdə İran prezidentinin Azərbaycan Şeyxülislamına dini təməllərin möhkəmləndirilməsi ilə bağlı məruzə etdiyi, Şeyxülislamın isə ona görülən işlər barəsində hesabat verdiyi vurğulanırdı.

İranın Qafqaz.ir informasiya portalında isə qeyd olunub ki, Azərbaycan Respublikasının bir dini idarə sədrinin eyni dindən olan, özü də şeyx və ruhani olan digər bir ölkənin başçısına hesabat verməsinin heç bir iradı yoxdur və bu adi bir məsələ sayılır.

İranın rəsmi saytlarında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İran prezidenti Həsən Ruhaniyə görülən işlər barəsində hesabat verdiyinin  vurğulanmasına Azərbaycan mətbuatında, cəmiyyətində etiraz edilsə də, Qafqaz Müsəlmanları İdarəsi heç bir reaksiya vermədi. Təəccüblüdür, Qafqaz Müsəlmanları İdarəsinin sədri niyə İran prezidentinə hesabat verməlidir?

İranın rəsmi KİV-lərində prezident Həsən Ruhani ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin görüşünün hesabat kimi təqdim olunması Şeyxülislamın və ölkəmizin aşağılanması deyilmi?

  

Qafqaz.ir informasiya portalında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə barəsində o da qeyd olunur ki, Şeyxülislam müsəlmanların düçar olduğu məsələlər barədə öz narahatlığını ifadə etməli bir idarənin rəhbəri kimi vəzifəsinə yetərincə əməl etməyib. Sözügedən informasiya portalının yazdığına görə, Azərbaycan Respublikasında hicab qadağası, məscidlərin dağıdılması, islami müqəddəslərə hörmətsizlik, islamçılara qarşı repressiyalar kimi məsələlər barədə şeyxin zəif və təsirsiz mövqeyi onun məqamının hansı səviyyədə olduğunu aydın göstərir. Bu ittihamlara rəğmən, İranın rəsmi KİV-lərinin yazdıqlarına Qafqaz Müsəlmanları İdarəsi cavab vermir. Bu nə ilə əlaqədardır?

Mövzu ilə əlaqadar yazıları diqqətinizə çatdırırıq.

http://ovqat.com/manset/33687-ran-eyxulislam-allahukur-paazadn-qamclad-uzunu-amp-sdr-vzin-tutaraq-yazmza-reaksiya.html

http://ovqat.com/manset/33132-amp-dn-hsn-ruhaniy-irad-eyxulislam-snin-lini-opduyun-adamdan-daha-boyuk-xsiyytdir.html

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 078          Tarix: 18-11-2019, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma