Xəbər lenti

  

Benzin üsyanında fars vilayətləri də aktivliyi ilə seçilirlər. Paytaxt Tehranda olduğu kimi, Fars əyalətini mərkəzi şəhəri Şirazda da etirazları yatırmaq mümkün olmayıb.

Ovqat.com-un məlumatına görə, Şirazlılar bu gün də meydanlara çıxıb etiraz səslərini ucaldıblar.

Polis və təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı sərt tədbirləri heç bir nəticə verməyib. Aksiya iştirakçılarının bir neçə polis maşınını yandırdığı xəbər verilir.

 

Üsyan dalğasının xüsusilə Şiraza yayılması və sərt müdaxilələrlə yatırılması olduqca düşündürücüdür. Çünki şiəlik cildinə girmiş fars şovinizmi Şirazda həm dindarlıq, həm də millətçilik sınağına çəkilir. Nədən ki, Şiraz təkcə fars əyalətinin mərkəzi deyil, həm də yüzillər boyu digər Şərq xalqlarının hörmətlə yanaşdığı şəhərdir. Yetişdirdiyi Hafiz və Sədi Şirazi kimi böyük şəxsiyyətlərlə “şairlər şəhəri” adını alan Şiraz həm İslamdan əvvəl, həm də sonra fars mədəniyyətinin mərkəzi kimi tanınıb və sayğı görüb.

 

693-cü ildə ərəblər tərəfindən işğal olunub Bağdada bağlanan Şiraz İslam mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Çingiz xan və Əmir Teymur kimi ən amansız Türk imperatorları belə bu şəhəri ələ keçirərkən ona zərər verməmək üçün əllərindən gələni ediblər.

Qədim dövrlərdən indiyədək toxunulmağa qıyılmayan bu şəhər bu gün də İranın ən gözəl memarı əsərlərinin toplandığı məkanlardan sayılır. Gözəlliyi və hər tərəfini bəzəyən çiçəkləriylə “güllər şəhəri” kimi tanınan Şiraz İranın ən çox turist cəlb edən şəhəridir.

 

 İndisə həmin Şiraz islam niqabı altında gizlənən fars şovinistlərinin sərt müdaxilələri ilə “gül şəhər”indən cəhənnəm ocağına çevrilir.




Ana səhifəyə qayıt        Baxış: 2 225          Tarix: 20-11-2019, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma