Xəbər lenti

 

Prezident İlham Əliyev noyabrın 21-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin".

 

Xüsusi əlavə

Ovqat.com xəbər verir ki, Azərbaycanda generalların sayını dəqiq bilən yoxdur.

Ötən il apardığımız kiçik araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan bu sahədə NATO-nun ikinci böyük ordusuna malik Türkiyəni və dünyanın ikinci böyük (əsgər sayına görə birinci) hərbi qüdrəti sayılan Çini belə qabaqlayır. Bu keyfiyyətilə Azərbaycanı generallar ordusuna mailk ölkə adlandırdığımız həmin yazıdan bəzi parçaları təqdim edirik:

Bir var ordu generalları, bir də var generallar ordusu. Torpağının 20%-i işğal altında olan Azərbaycan sözün həqiqi mənasında generallar ordusudur. Çünki biz generallarımızın sayına görə hərbi qüdrətiylə sinəsinə döyən bir çox ölkələri haqlamışıq. Bu gün Azərbaycanın generallar siyahısı bir az da böyüyüb.

 

Bununla da ölkəmiz generallarının sayına görə dünyanın ən aparıcı dövlətlərini belə geridə qoymaq yolunda əzmli irəliləyişini davam etdirib. Belə ki, potensial əsgər sayı 126 min, aktiv əsgər sayı isə 70.000 min olan Azərbaycanda generalların sayı tam bilinməsə də, bu rəqəmin 200 civarında olduğu təxmin edilir. Halbuki, 2 milyon 285 min nəfərlik orduya sahib Çinin 191 generalı var.

Biz generallarımızın sayına görə, NATO-nun ikinci ən çox əsgəri olan Türkiyəni belə geridə qoymuşuq. Məlumata görə, 2015-ci ildə 364 generalı olan Türkiyə ordusunda məlum 15 iyul çevrilişindən sonra aparılan təmizləmə əməliyyatıyla bu rəqəm 196-a düşüb. Bizdə isə dəqiq bilinməsə də, təxminən o sayda general var və onların sayı durmadan artmaqdadır.

 

İnsafən, generallar ordusu xarakterinə görə Azərbaycan nadir dövlət də deyil. Dünyada bir çox dövlətlər var ki, əsgərləri ilə generalların sayı arasındakı nisbət xeyli təəccüb doğurur. Məsələn, bir çoxumuz əksər parametrləriylə dünyanın ən güclü orduları arasında ilk yeri tutan ABŞ-ın ən çox generala sahib ölkə olacağını təxmin edirik. Sən demə, belə deyilmiş. 2 milyona yaxın əsgəri olan ABŞ-da cəmi 498 general var imiş. Dünyanın önəmli hərbi qüdrətlərindən sayılsa da, hər halda ABŞ-la müqayisə edilə bilməyəcək qədər kiçik İngiltərə isə generallarının sayına görə, super gücü hardasa 2 dəfə geridə qoyur- 186 min nəfərlik İngiltərə ordusunda 820 general var. 200 minə yaxın əsgəri olan Almaniya ordusunda generalların sayı təxminən bizim qədər imiş – 202. Rusiya da qələbəlik generalları ilə seçilsə də, onların sayı tam bilinmir.

 

  

 

Kimin nə qədər generalı var?

 

Dünyanın 11 ölkəsinin general sayına görə siyahısını təqdim edirik:

 

1) İngiltərə: 186 min nəfərlik orduda 820 general,

 

 2) İtaliya: 180 min nəfərlik orduda 485 general,

 

 3) Yunanıstan: 142 min nəfərlik orduda 319 general,

 

 4) İspaniya: 129 min nəfərlik orduda 254 general,

 

 5) Fransa: 217 min nəfərlik orduda 338 general,

 

 6) Almaniya: 188 min nəfərlik orduda 202 general,

 

 7) Polşa: 134 min nəfərlik orduda 202 general,

 

 8) Türkiyə: 582 min nəfərlik orduda 196 general,

 9) Amerika: 1 milyon 497 min nəfərlik orduda 498 general,

 10) Çin: 2 milyon 285 min nəfərlik orduda 191 general,

11) Azərbaycan: 70 min nəfərlik orduda 200-ə yaxın general”.  

 

Bu yazı dərc olunandan bu yana hardasa ilyarım keçir. Bu müddət ərzində nə qədər zabitə generallıq rütbəsi verildiyini isə bilmirik. Bəlkə də bu sahədə Almaniyanı belə artıq geridə buraxmışıq.




Ana səhifəyə qayıt        Baxış: 2 180          Tarix: 21-11-2019, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma