Xəbər lenti

 

“Vidadi İsgəndərovun atasının qəbrini murdarlatdıran və söyüş kampaniyasına vüsət verən, Prezidenti, onun ailəsini söydürən Əli Həsənovdur”.

Ovqat.com xəbər verir ki, bu şok ittihamı Aslan İsmayılov irəli sürüb.

Kanal13-ün “Müzakirə saatı” proqramına müsahibə verən Aslan İsmayılov Əli Həsənovun bu günə qədər vəzifədə qalmasının səbəbinə də aydınlıq gətirib. Onun fikrincə, Prezidentin köməkçisi hansısa dövlət tərəfindən dəstəklənilir və həmin xarici güc mərkəzi ölkə başçısından “xahiş” edərək bu adamı öz postunda saxlayır.

Hüquqşünas həmin dövlətin adını çəkməsə də, əgər bu ittiham həqiqətdirsə, belə çıxır ki, Əli Həsənov hansısa xarici güc mərkəzinin 5-ci kolonuna rəhbərlik edir.

Bu isə birbaşa dövləti cinayətdir və hesab edirik ki, hüquq mühafizə orqanları ittihamın nə qədər ciddi dəlillərə əsaslandığını araşdırmalı və müvafiq ölçü götürməlidir. Ya əsassız ittiham irəli sürdüyünə görə hüquqşünasın, ya da Əli Həsənovun əməllərinə hüquqi    qiymət verilməlidir. Əks halda başqasının 5-ci kolonunun ölkənin ən aparıcı strukturuna rəhbərlik etməsi Azərbaycanı ciddi milli təhlükəsizlik sindromu ilə üz-üzə qoya bilər.

Aslan İsmayılovun həmin müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq (33 dəqiqəlik zamanınızı Əli Həsənova sərf etməyə heyfiniz gəlirsə, 14.15-ci dəqiqədən sonrasına qulaq asa bilərsiniz):




Ana səhifəyə qayıt        Baxış: 2 910          Tarix: 21-11-2019, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma