Xəbər lenti

 

“Nüfuzlu ictimai-siyasi xadimləri, jurnalistləri müxtəlif sübuta yetirilməmiş ittihamlarla həbs etmək cəmiyyətdə xof yaratmaq siyasətinə qulluq edir”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru, sabiq Respublika Prokuroru İlyas İsmayılov “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbs olunmasını şərh edərkən belə deyib.

İlyas İsmayılovun fikrincə, bu cür şəxsiyyətlərin hansısa vergi cinayətləri barədə ciddi şübhələr vardırsa, ölkədən çıxışlarını məhdudlaşdırmaqla, əməlləri araşdırılmalı və onlar məhkəmə prosesinə cəlb edilməlidirlər: “Həbs qət-imkan tədbiri hüquq fəlsəfəsinə görə, bir neçə halda tədbiq oluna bilər: ya törədilən cinayət ağırdırsa, ya şübhəli şəxs istintaq prosesinə mane ola bilərsə, ya da istintaqdan yayınmaq məqsədilə gizlənmə ehtimalı varsa. Güman edirəm ki, Mehman Əliyevin həbsində bu motivlərin heç biri yoxdur və onun hələ məhkəmə hökmüylə təsdiqlənməyən əməllərinə görə həbsi hüquqi deyil və siyasi sifariş təsəvvürü yaradır. Bu isə hüquqi dövlətçilik və demokratiya anlayışlarına daban-dabana ziddir”.

İlyas İsmayılov bu cür həbslər zamanı ictimai rəyi də nəzərə almağın vacibliyinə inanır.

Ədalət lideri partiya nümayəndələrinin Mehman Əliyevin Hüquqlarını Müdafə Komitəsinə üzv olmalarına da etiraz etmədi.




Ana səhifəyə qayıt        Baxış: 1 620          Tarix: 28-08-2017, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma