Xəbər lenti

 

“Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı  “26” adlı kafenin fəaliyyəti dayandırılsa da, söz-söhbətlər səngimək bilmir.

 

Yazıçı Çingiz Abdullayev bir neçə gün bundan əvvəl  adıçəkilən kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi. Lakin mətbuatda dərc edilən sənəddə kafenin Yazıçılar Birliyinə aiddiyatı olduğu  bəlli olub.  ğ

 

Belə ki,  məkanın icarəyə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədar hər ay müqavilə tərəfdaşına – Yazıçılar Birliyinə 8 min manat pul ödəyirmiş. 

Görünən odur ki, kafe ətrafında baş verənlərlə bağlı Yazıçılar Birliyinin də başı dərddədir.

 

Bu arada gəzən söz-söhbətə görə, olay Azərbaycan Yazıçılar Birliyinin (AYB) ləğv olunmasına gətirib çıxaracaq.

Doğrudanmı AYB bağlana bilər?

 

Modern.az məsələ ilə bağlı AYB-nin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bunları deyib.

 

“Hazırda AYB-də məsələ ilə bağlı iclas başlayıb. Hardasa günorta saatlarında bu barədə  bəyanat veriləcək. Bəyanatı mətbuata yayacağıq. O zaman Yazıçılar Birliyinin bağlanıb-bağlanmayacağı barədə  cavabı həmin bəyanatda tapacaqsınız. İndi heç nə deyə bilmərik”.




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 12-09-2017, 12:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent