Xəbər lenti

 

“NATO Rusiyanın hərbi manevrlərindən dərs almalı və hər cür təhdidə qarşı hazır olmalıdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri Polşanın Xarici İşlər naziri Vitold Vazikovski deyib.

Vazikovski "Buxarest 9" sammiti olaraq adalanan və  Polşa, Rumıniya, Estoniya, Bolqarıstan, Çekya, Macarıstan, Slovakiya, Litva və Latviya Xarici İşlər nazirlərini Varşavada bir araya gətirən toplantının yekununda çıxış edərək, Rusiyanın bir neçə gün öncə Belorusla birlikdə keçirdiyi “Zapad-2017” hərbi manevrinin bölgədə naharatlıq yaratdığını da etiraf edib.

NATO-nun bir tərəfdən Rus təhdidinə qarşı müdafiə qabiliyyətini artırmasının lüzumuna toxunan nazir, digər tərəfdən Rusiyayla dialoqun davam etdirilməsinin əhəmiyyət daşıdığını vurğulayıb.

Doqquz Şərqi Avropa ölkəsinin Xarici İşlər nazirləri ilk dəfə 2014-ci ildə Macarıstanın paytaxtı Budapeştdə dövlətlər arasında əməkdaşlıqları inkişaf etdirmək üçün toplaşmış və bunu ənənə halına gətirərək sözegedən sammitlərin əsasını qoymuşlar.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 10-10-2017, 09:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma