Xəbər lenti

 Evə çox yorğun, bəlkə də yorğun-ağrın çatdım. Yol yormuşdu. Dərhal kompüteri açdım, açdım ki, nə var,nə yox? Özümdən ixtiyarsız, nə cürsə, bir nəğmə qopdu kompüterdən – çox azman bir xanəndənin ifasında... “ Apardı sellər Saranı...”

... Aparıb, sellər aparıb... çox kədərlidi... Amma bu sellər Saranı yox, Sarayı aparıb.., bizim elin-yurdun bədbəxt balası Sarayı aparıb. Mən bunu 60 il qabaq da bilirdim. Bilirəm ki, bu bədbəxt balanın adı Sara yox, Saray olub... Amma bu bala bədbəxt olub da... Bilmirəm sellər aparıb onu.., ya özü qoşulub gedib sellərə.. Hər halda bir nalə qoşulub bu dünyada: apardı sellər...

...Mən Saray çayının vadisində doğulmuşam.- çox qədimlərdə, qədim zamanlarda... Hətta özüm bu dünyada olmayan çağlarda doğulmuşam. O adı kədərli nəğməyə bürünmüş Saray çayının vadilərində - dağların arasında – Həzrət babanın qoynunda – adı bəlli qədim-qayım Yerfi kəndində.., Baba dağının ovcunda.. Saray çayının başqa bir adsız çaya qovuşduqdan sonra Baba çayı adlanan çayda mən çox sellər görmüşəm.. və çox-çox sonralar anlayıb bilmişəm ki, elə.. bu... sellər aparıb Sarayı.., Həmən Sarayı ki..., onu məndən əvvəllər də seviblərmiş, mən də sevmişəm – özü də necə.., - məndən sonra da seviblərmiş və sevəcəklərmiş də selləri aşıb-daşan bu çayın vadiləri boyuncakı kəndlərdə... Hərənin də ürəyində öz Sarayı – heç kəsin görmədiyi Sarayı... Bəlkə də bu sevgilər Sarayın özündən çox Saraysız taleyə olan sevgilərdi... Nə bilim, qocalıram deyəsən... Quba – Qonaqkənd – Yerfi – dağlar... – sellər... – Sarayı aparan sellər... Həmən sellər ki, payızın bu vədələrində aşır da, daşır da, aparır da.

Heç bilirsiz ağlıma nə gəldi?! Saray çayının aşıb-daşan bu selinə qıpqırmızı bir alma atmaq... – Saray üçün... Al sevgi, al.., al məhəbbət, al.., və yaşıma rəğmən, al bala, al.., qoy bu al-qırmızı Quba alması al-qırmızıya – qana boyanmış ruhuna məndən – səndən – bizlərdən yadigar olsun.., əgər olursa.., əgər ola bilirsə... Nələr var bu dünyada ilahi...

Hə.., al-qırmızı almanı Saray çayının köpürüb daşan sellərində gördüm... Onlar danışırdılar.., onlar oxuyurdular..., onlar gedirdilər.., onlar gəlirdilər... Lakin mən isə, o al-qırmızı almanı Saray çayının aşıb-daşan sellərinin qədim bir xalçanın üstünə atdığını görürdüm... Və onu da görürdüm ki, Cənnətdən gəlmiş həmən al-qırmızı alma ağacının altında çeşniləri hikmət dolu bir xalça sərilib. Amma ayıra bilmirəm ki, bu Piribədil xalçasıdı, Çiçi xalçasıdı, Qımıl xalçasıdı, Qonaqkənd xalçasıdı, Yerfi xalçasıdı?! Amma həmən o al-qırmızı alma bu ağacın altındakı xalçanın üstünə düşür... Və eşidirəm ki..,Şimal vilayətimizin el ağsaqqalı Həsən Günəşli deyir ki, xoş gəlmisiniz Qubaya...

07.10.17




Ana səhifəyə qayıt                 Tarix: 10-10-2017, 23:02       Baxış: 154


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə