Xəbər lenti

 Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı – “Sozvuçie” müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qadın şairlərinin bir neçəsinin şeirlərini dərc edib.

Kult.az xəbər verir ki, rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.

“Qadın poeziyadır” başlıqlı təqdimatında K.Nəzirli poeziyamızın qadın nümayəndələrindən bir neçəsinin - Leyla Əliyevanın, Nisəbəyimin, Sona Vəliyevanın, Afaq Şıxlının, Aysel Əlizadənin, Rəbiqə Nazimqızının, Təranə Məmmədin, Günel Eyvazlının, Jalə İsmayılın, Nigar Həsənzadənin, Xanım Aydının və Günel Şamilqızının şeirlərini oxucuların ixtiyarına verilib.

“Bu şeirləri tərəddüdsüz sənət nümunələri və poeziya adlandırmaq olar. Özü də bu şeirlər insanda hiss və həyəcan doğurur, diqqət və ehtirama layiqdir. Bu şeirlərdə ürək, ruh, məna yükü, əşya və varlıqların xarakterik təsvirləri və əlbəttə, obrazlı təəssürat var”, - K.Nəzərli təqdimatda yazıb.

K.Nəzirli ədəbiyyatımıza, mədəniyyətimizə diqqət və qayğıyla yanaşdıqlarına görə Belarus İnformasiya nazirinin müavini Aleksandr Nikolayeviç Karlyukeviçə, MDB üzrə Ədəbiyyat Portalının rəhbərliyinə, xüsusilə tanınmış yazıçı və redaktor Anatoli Yevgenyeviç Matviyenkoya təşəkkür edib.




Ana səhifəyə qayıt        Baxış: 1 208          Tarix: 22-11-2017, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma