Xəbər lenti

“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində telekanal açmağımız lazımdır”.

Bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib. O deyib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var.

Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb: “Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

strateq.az



Ana səhifəyə qayıt        Baxış: 885          Tarix: 1-12-2017, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma