Xəbər lenti

 

Neftin dünya bazarında qiymətləri ucuzlaşmasıyla hökumət qeyri-neft sektorunun inkişaf proqramına start verdi. Münbit işgüzar mühitin yaradılması üçün bir çox fərmanlar, sərəncamlar, qərar və qanunlar qəbul olundu. Bəs, görəsən, 2 ildir həyata keçirilən bu islahatların hansı nəticələri var?

İqtisadçı ekspert Məhəmməd Talıblı atılan bu addımların mənfi nəticələrinin olduğuna inanır. O, özünün facebook statusunda iddiasını bu cür əsaslandırır:

“Düz bir il bundan qabaq “İxracatımızın kədənlənməsi” adında yazı yazmışdım. Qeyri-neft ixracatımızın durumunu illər üzrə müqayisə etməyə çalışmışdım. İndi müqayisə üçün başqa bir imkanım yaranıb.

Rəsmi açıqlamalara (mənbə: BİR PƏNCƏRƏ İxraca Dəstək Mərkəzi) görə, bu ilin 11 ayı üzrə qeyri-neft ixracatımız cəmi 1 milyard 387 milyon ABŞ dolları dəyərində olub. Məntiqlə islahatlar kimi təqdim olunan illərdə (2015-2017) qeyri-neft ixracatımız daha çox olmalı idi. Müqayisə üçün deyim ki, 2014-cü ildə Azərbaycanın qeyri-neft ixracatı cəmi 1,652 milyon dollar təşkil edib. Hələ 3 il bundan əvvəlki ixracata çatmayan səviyyəni (265 mln.$ daha az) necə uğur hekayəsi kimi qiymətləndirmək olar? Belə çıxır ki, islahatlar bizi irəli yox, geriyə aparıb”.




Ana səhifəyə qayıt        Baxış: 976          Tarix: 20-12-2017, 08:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma