Xəbər lenti

  Bəlkə də bir çoxlarımızın xəbəri yoxdur ki, Almaniyanın dünya markalı avtomobil şirkətinin ən aparıcı şöbələrindən birinə həmyerlimiz rəhbərlik edir. 1971-ci ilin 28  iyul ayında Tovuz rayonunun Sarıtala kəndində anadan olan bu adam “Volkswagen”-nin “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiridir.

Ovqat.com xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən Vikipediyaya yenicə əlavə edilmiş məqalədən belə aydın olur.

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) nəzdində yaradılan qurum həmin adamın adını da açıqlayıb: Pərviz Əmiraslanov

Məlumata görə, həmyerlimizin rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektual və innovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktiki sınaqdan keçirilir. Son illərdə pilotsuz avtomillər üçün nəzərdə tutulmuş beynəlxalq səviyyəli proyektlər, o cümlədən “Süni İntellekt” metodunun həm nəzəri və həm də praktiki tətbiqi ilə ciddi məşğul olur.

Pərviz Əmiraslanovun rəhbərlik etdiyi şöbədə Süni İntellekt Metodunun inkişafı ilə DeepLearning, MachineLearning, FuzzyLogic və s. kimi sahələrdə elmi – metodiki seminarlar keçirilir.

Qaynaq: https://az.wikipedia.org/wiki/Pərviz_Əmiraslanov




Ana səhifəyə qayıt        Baxış: 1 117          Tarix: 29-12-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma