Xəbər lenti

 

“Konstitusiyaya görə xalqın hökuməti tənqid və yürüdülən siyasətə etiraz etmək hüququ vardır. Hökumət hüquqi etirazları dilə gətirmək üçün etirazçılara meydan və fürsət yaratmalıdır”.

Ovqat.com xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

Amma o, zorakılığın, ictimai sahələrə zərər verməyin də tənqid olmadığını vurğulayaraq deyib: “Hökumət vandallık edən və ətraf mühitə zərər verən qruplara tolerantlıq göstərməyəcəkdir”.

 Bəzi məsələlərin həlli üçün zamana ehtiyac olduğunu bildirən Ruhani hökumət ilə xalqı problemləri aşmaq üçün əl-ələ verməyə çağırıb.

 ABŞ prezidenti Donald Trampın İran haqqındakı açıqlamalarını dəyərləndirən Ruhaninin fikrincə, “iranlıları terrorçu adlandıran bir adamın onlar haqqında açıqlama vermək hüququ yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 7 059          Tarix: 31-12-2017, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma