Xəbər lenti

 

Azərbaycanın tanınmış iş adamlarından olan Şahin Hüseynlinin həbsi barədə məlumat vermişdik. Qeyd edək ki, Şahin Hüseynli “Şahin” şirkətlər qrupunun , eyni zamanda, Bakının məşhur restoranları və əyləncə məkanları kimi tanınan – “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibidir. Şahinın atası “Bakı Şərab-2” ASC-nin rəhbəridir.  Həbs edilən işadamıını bir neçə iri çaplı məmurlarla da yaxın qohumluq əlaqəsinin movcud olduğu bildirilir. 

Qeyd edək ki,  Şahin Hüseynlinin işi hazırda  Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.  Xuliqanlıqda təqsirləndirilən iş adamı barədə  dövlət ittihamçısı 5 il azadlıqdan mərhum etmə cəzasının təyin olunmasını istəyib. Yanvarın 22-də Şahin Hüseynliyə hökm oxunacağı gözlənilir.  Ətraflı məlumatla təqdim etdiyimiz videomateraldan tanış ola bilərsiniz.

Niftulla QÜDRƏTOĞLU

Azinforum.az




Ana səhifəyə qayıt        Baxış: 1 149          Tarix: 7-01-2018, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma