Xəbər lenti

 

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ)  Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "BuzzFeed" portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, görüş yanvar ayında Bakıda keçiriləcək.

 

“Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq”, məlumatda vurğulanıb.

 

Qeyd edək ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 8-01-2018, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma