Xəbər lenti

  Suriyada istənilən quru əməliyyat 29-30 yanvar tarixlərində Soçidə keçiriləcək Suriya milli dialoq Konqresinə təsir edə bilər.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İran XİN rəhbərinin müavini Hüseyn Ənsari Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatını şərh edərkən bildirib. 

“Müsbət və ya mənfi planda istənilən yerüstü əməliyyat Konqresə təsir edə bilər. Ümid edirik ki, Suriyada atəşkəs rejiminə zəmanət verən ölkələr bu təsirin qarşısını almaq üçün səy göstərəcəklər. 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 947          Tarix: 20-01-2018, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma