Xəbər lenti

 

Nyu-yorkda C5 + 1 formatında Orta Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) və ABŞ xarici işlər nazirləri toplantısı keçirilib.

Ovqat.com xəbər verir ki, məlumatı Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

İclasda tərəflərin regional təhlükəsizlik məsələlərini müzakirə etdikləri bildirilir.

 BMT Təhlükəsizlik Şurasının iclası öncəsi Nyu-yorkda 18 Yanvarda keçirilən tədbirdə Özbəkistan Xarici İşlər Naziri Abdulaziz Kamilov, Qazaxıstan Xarici İşlər Naziri Kairat Abdrakhmanov, Qırğızıstan Xarici İşlər Naziri Erlan Abdyldaev, Tacikistan Xarici İşlər Naziri Sirodjidin Aslov, Türkmənistan BMT nümayəndəsi Aksoltan Atayev, ABŞ Xarici İşlər Nazirinin Köməkçisi Con Sullivan iştirak ediblər.

 Daha öncə Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Orta Asiya dövlətləri ilə "C5 + 1" formatı iclaslarında sui-istifadə etmək arzusunda olduğunu bildirmişdi. ABŞ-ın bu iradları nəzərə almadan bu cür toplantıları davam etdirməsi Rusiyanı cənub-şərqdən sıxışdırmaq, onun təsir dairəsinə daxil olan Orta Asiya ölkələrini təşkilatdırmaq niyyətindən xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 947          Tarix: 22-01-2018, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma