Xəbər lenti

  

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 790 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 1-02-2018, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma