Xəbər lenti

 

“Respublikanın Daxili İşlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 39-u “isti izlər”lə açılıb”.

Ovqat.com xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

“2018-ci il fevral ayının 3-dən 5-dək Daxili İşlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat” adlı mətbuat açıqlamasında daha sonra bildirilir:

“- Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

- Daxili İşlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb”.




Ana səhifəyə qayıt        Baxış: 707          Tarix: 5-02-2018, 09:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma