Xəbər lenti

 

Dünən -6 fevral 2018-ci il tarixində Azərbaycan polisi oğurluq və qanunsuz ova qarşı mübarizəsi ilə seçilib.

Ovqat.com DİN Mətbuat Xidmətinin yaydığı açıqlamaya əsasən, bildirir ki, oğruluq hadisəsinə qarşı mübarizədə Sumqayıt və Gəncə polsiləri daha fəal olublar.

Press-relizdə bildirilir:

 Oğruluqla mübarizə

“Ötən gün də polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 4-dək olan müddətdə şəhər sakini olan 6 nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə “VAZ-21041” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayından cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisində 5 evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə 3 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb.

Ötən ilin dekabrından cari il fevralın 1-dək olan müddətdə 5 mağazadan pul, noutbuk, tütün məmulatı, spirtli içki, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Muraz Əzizov və Rövşən Nağıyev isə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb”.

 

 Ov edərkən "ovlandılar"

Qanunsuz ova qarşı mübarizədə isə Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Biləsuvar polisi qətiyyət nümayiş etdiriblər:

“Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.

Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub”.




Ana səhifəyə qayıt        Baxış: 869          Tarix: 7-02-2018, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma