Xəbər lenti

  

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın “Müzakirə vaxtı” verilişinin qonağı olub. “Mütaliə mədəniyyəti” mövzusunun müzakirəsinə həsr edilmiş verilişdə, millət vəkili mütaliənin dövlət siyasəti olduğunu vurğulayaraq, əsərlərin mahiyyətinə uyğun olaraq seçilib təqdim olunma və təbliğatının qurulması strategiyasından danışıb. Partiya sədri bildirib ki, cəmiyyətin və insanın formalaşmasında mütaliənin əsas rol oynaması baxımından imperialist güclər zəngin ölkələrdə öz işğalçılıq siyasətlərini rahat tətbiq edə bilmələri üçün cəhalətin yayılmasına xüsusi maraq göstərir və bu istiqamətdə işlər görürlər. Buna görə də o, əyləncəvi ədəbiyyatdan əlavə sistemli şəkildə elmi-ideoloji mütaliənin qurulmasının vacibliyini vurğulayıb. F.Quliyevin mütaliə siyasəti barədə danışdığı həmin çıxışının videosunu təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 1 424          Tarix: 7-02-2018, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma