Xəbər lenti

 

01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat) olub.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyəinstitutlarından infrastruktur layihələri vəmaliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyəbazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 14-02-2018, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma