Xəbər lenti

 

ABŞ-ın ağır bombardımanı nəticəsində daşı daş üstündə qalmayan Raqqada indi PKK/PYD terrorçuları yeni biznes qurublar.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, 87%-i darmadağın edilən şəhərdə yıxıntılar altında minlərlə cəsəd var.

Üfunət iyinin bürüdüyü Raqqada bu cəsədlərin çıxarılmasına isə tələsmirlər. Nədən ki, hər cəsəd PKK/PYD-çilər üçün gözəl gəlir mənbəyi hesab olunur. Bildirilir ki, doğmalarından öz  ölüsünə qovuşmaları üçün PKK/PYD silahlılarına 4-5 milyon Suriya lirəsi ödəmək tələb olunur. Bu isə hardasa 20-25 min ABŞ dolları edir və əksər ailələrin bu imkanı yoxdur. Separatçılar ailələrin özlərini də müxtəlif bəhanələrlə Raqqaya yaxınlaşdırmırlar.

İŞİD-in Suriyadakı paytaxtı hesab olunan Raqqa ötən ilin payız aylarında ABŞ-ın dəstəyi ilə PKK/PYD-çilər tərəfindən ələ keçirilmişdi. Havaların soyuq keçdiyi payız və qış aylarında belə, xarabalıqlar altındakı cəsədlər ətrafa üfunət və xəstəliklər yayır. Havaların istiləşməsindən sonra isə bu şəhərə ümumiyyətlə girmək mümkün olmayacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 843          Tarix: 18-02-2018, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma