Xəbər lenti

  

QADINLARA QARŞI CİNAYƏT TÖRƏDƏNLƏR SAXLANILIB  

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq, soyğunçuluq və cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. 

Belə ki, Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb. 

Paytaxt sakini Ş.Quliyevanın içərisində 62 manat pulu, mobil telefonu və açarı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Məcid Abbasov Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə yanvarın 17-də S.Quliyevanın içərisində 400 manat və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Asif Quliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 qadının çantasından pulqabılarını oğurlaması da müəyyən edilib. 

Hər üç faktla bağlı cinayət işləri başlanılıb. 

EVDƏ GİZLƏDİLMİŞ KÜLLİ MİQDARDA NARKOTİK AŞKAR EDİLDİ

 

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Bu zaman evdə gizlədilmiş, çəkisi 483 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanılıb.   

 

SAXLANILAN ŞƏXSDƏN SİLAH GÖTÜRÜLÜB  

 

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib. 

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. 

OĞRU QISA ZAMANDA SAXLANILIB

 

Fevralın 18-nə keçən gecə DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. 

Dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb. 




Ana səhifəyə qayıt        Baxış: 424          Tarix: 19-02-2018, 13:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent