Xəbər lenti
20-10-2018, 21:53

 Fevralın 19-da Böyük Quruluş Partiyası 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı yekun qərar çıxarıb.

Novator.az-a açıqlama verən partiya başqanı, deputat Fazil Mustafa deyib ki, rəhbəri olduğu siyasi təşkilat seçkiyə konkret namizədlə getməyəcək: “Seçkiyə qatılan iddiaçılar rəsmi namizəd kimi təsdiq olunduqdan sonra Böyük Quruluş Partiyası müxalif düşərgəni təmsil edən, xüsusilə parlamentdə yer alan partiyaların namizədlərindən birini dəstəkləyəcək”.

Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinə qatılmış 12 nəfərin namizədliyini təsdiqləyib: Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.

Qalan iddiaçılar müstəqil namizədlərdir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov və Elşən Həsənov.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.




Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 19-02-2018, 22:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent