Xəbər lenti

   

Paytaxtın Binə qəsəbə sakini olan qadın Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 6-da evindən qızıl əşyalarının oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

Ovqat.com-a bu barədə məlumat verən DİN Mətbat Xidmətinin bildirdiyinə görə, ətrafında aparılan tədbirlərlə B.Zabitovun digər cinayət əməllərinin də üstü açılıb.

Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 673          Tarix: 23-02-2018, 13:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma