Xəbər lenti

 Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.

“Report” "The Times" nəşrinə istinadən xəbər verir ki, boykot mundiala yüksəkvəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoymamağı nəzərdə tutur.

"DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", - deyə nəşr mənbənin sözlərini sitat gətirir.

Nəşrin fərziyyəsinə görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər.




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 11-03-2018, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma