Xəbər lenti

 

"Azərbaycan həmişə Qarabağ separatçıları ilə digər ölkələrin rəsmi nümayəndələrinin görüşlər keçirməsinə dərhal reaksiya verir və nota göndərir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

XİN başçısı qeyd edib ki, separatçıların bu görüşləri ümumilikdə aşağı səviyyədə keçirilir:

"Məsələn, onlar ABŞ Konqresində görüşlər təşkil etməyə çalışdılar. Amma görüşə yalnız 5 nəfər gəldi, onlardan ikisi də etnik erməni idi. Hesab edirəm ki, bu görüş tamamilə nəticəsiz olub".

"Fransanın şəhərlərindən birinin merinin separatçıların nümayəndələri ilə görüşməsiylə əlaqədar fransalı həmkarlarımıza etiraz notası göndərmişik. Hazırda onlardan cavab gözləyirik", - E.Məmmədyarov vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 666          Tarix: 7-04-2018, 09:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma