Xəbər lenti

 Bu gün tanınmış şair-publisist, Ovqat.com-un Baş redaktoru Heydər Oğuzun doğum günüdür.Bu münasibətlə biz Ovqat.com olaraq öz baş redaktorumuzu ürəkdən təbrik edir, ona can sağlığı, səmərəli yaradıcılıq arzulayır və əziz millətimizi onun bir şeiri ilə salamlayırıq.

AZADLIQ YOLUNU TUTMAYAN MİLLƏT
Demə:”Yürüməkdən ağrıyar dizim,
Boş yerə dabanım yağıra dönər.”
Sıldırım qayaya dırmanan dizim,
İzinlə birləşsə, cığıra dönər.

Demirəm əziz dost, gəl məni solla,
Barı, pıçıltıyla bir salam yolla,
Qaydadır, salınar yollar bu yolla,
Yolsuz saraylarsa axura dönər.

Yuxusuna haram qatmayan millət,
Qorxunu üstündən atmayan millət,
Azadlıq yolunu tutmayan millət,
Millət ola bilməz, naxıra dönər.

Ayağı altında hansısa xanın,
Mənliyi tapdanar Azərbaycanın,
Hələ də damarda daşınan qanın,
Yiyəsi, yiyəsiz fağıra dönər.

Heydər, baş üstündə durarkən Allah,
Kimlər ki, şahlara aparar pənah,
Nə dərdi azalar, nə çəkdiyi ah,
Geriyə bağıra-bağıra dönər.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 199          Tarix: 9-04-2018, 07:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma