Xəbər lenti

 

Astan Şahverdiyevi qalmaqallı açıqlamasına görə təhdid edən Ağacan Əbiyev indi onun ölümündə jurnalistləri “günahkar” çıxarır

Ötən il qalmaqallı açıqlaması ilə gündəmə gələn deputat Astan Şahverdiyev iki gün öncə Qusarda oteldə dincələrkən ürəktutmadan vəfat edib. Onun ölümünün səbəbləri haqda müxtəlif iddialar var.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev isə “Ölkə.Az”a verdiyi açıqlamasında  deputatın  ölümündə jurnalistləri də günahlandırıb.

Qeyd edib ki, haqqında yazılanlardan bezən həmkarı hətta ölkədən qaçmaq istəyirmiş: “Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər onu hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı..."

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırmışdı.

Bəs görəsən, Ağacan Abıyevın bu ittihamına jurnalistlər nə cavab verəcək?

AÄacan Abıyev ile ilgili görsel sonucu

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mətbuatın və sosial medianın təsadüfi bir sözə görə, hansısa insanı mənəvi terrora məruz qoyması doğru deyil: “Burada söhbət tənqiddən getmir.  Jurnalistlər bir sıra hallarda mənəvi terror edirlər. Jurnalistlər demək də düzgün deyil, çünki Azərbaycanda peşəkar, peşə etikasına əməl edən çoxlu jurnalistlər var. Sadəcə, yeni medianın, sosial şəbəkələrin meydana çıxması ilə bir sıra hallarda ”jurnalistlər" medianın etik prinsiplərini pozurlar. Dəfələrlə olub ki, qəsdən qaşınmayan yerdən qan çıxarıblar.

RÉÅad MÉcid ile ilgili görsel sonucu

O adamlar ki, mətbuatla daimi əlaqədə deyillər, onlar hansısa emosional vəziyyətdə jurnalistə hirslənirsə, onun bir sözündən tutub yeni media və sosial şəbəkə istifadəçiləri tərəfindən həmin adamların qətlinə fərman vermək düzgün deyil. Mən bunu qınayıram. Mətbuat qalmaqal yaratmaq naminə insanların taleyi ilə oynayır, sonra da sosial şəbəkələrdə həmin şəxslərə “ölüm hökmü” kəsilir. Burada “jurnalistlərin” rolu var, insanlara belə münasibət göstərmək olmaz. Hansısa təsadüfi bir sözdən yapışıb insanları ittiham etmək yersizdir. Dünyasını dəyişən insanların təhqir edilməsinə isə nəinki jurnalistika etikası, Azərbaycanın əxlaq dəyərləri yol vermir. Mətbuat Şurası da bu məsələlərdə bir az kəskin mövqe göstərməlidir. Elə dəyərlər var ki, onların dağılması cəmiyyəti xaosa aparıb çıxara bilər".

Aydın Quliyev ile ilgili görsel sonucu

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə Ağacan Abıyevin fikirləri ilə qətiyyən razılaşmadığını bildirib:“Bu, çox inanılmaz bir yanaşmadır. Sizin mötəbərliyinizə inanmasaydım, Ağacan müəllimin belə bir söz deyəcəyinə şübhə edərdim. Çox qəribə yanaşmadır, jurnalistləri insan qətlində suçlamağa bərabərdir. Bu, yolverilməzdir. Doğrudur, ötən dövrlərdə mərhum Astan Şahverdiyevlə bəzi jurnalistlərin arasında bəzi açıqlamalarla bağlı gərginlik, mübahisə olub. Bu, qısa müddətdə baş verən bir hadisə idi və sonradan sıradan çıxdı. Ona görə də bu fikirlərlə qəti şəkildə razılaşmaq olmaz. Hesab edirəm ki, Ağacan müəllim bu fikrə əlavə şərh verməyə çalışacaq. Mən bunu gözləyirəm”. 

Xalid Kazımlı ile ilgili görsel sonucu

Musavat.com saytının redaktoru Xalid Kazımlı isə hesab edir ki, Ağacan Abıyev yanılır: “Aslan Şahverdiyevin ölümündə jurnalistlərin elə bir rolu yoxdur. Olsaydı, bu hadisə çoxdan baş verərdi. Amma o zaman mərhum deputat peşəkar mediada, eləcə də sosial şəbəkədə sərt şəkildə tənqid olunmasına mətanətlə tab gətirdi. İndi isə ürəyi dözmədi. Yaşlı adamdır, güman ki, intensiv idman hərəkətlərinə, filana tab etməyib”.

PÉrviz CÉbrayıl ile ilgili görsel sonucu

Teleqraf.com saytının redaktoru Pərviz Cəbrayılın Ağacan Abıyevin sözlərinə yanaşması da maraqlı oldu: “Ağacan müəllim imanlı şəxsdir, dinə-imana inanır, bunu bilirəm. Ancaq, sözün açığı, mən jurnalistlərin ”Allah" olduğunu bilmirdim. Ağacan müəllim dedi, bildim. Allaha inanan adam bunu deyirsə, məntiqlə inanmalıyam. Nəsimi ənəl-həqq demişdi, Ağacan müəllim “jurnalist-həqq” dedi. Doğrusunu Tanrı bilir..."

Nicat DaÄlar ile ilgili görsel sonucu

“Azərfaks” İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar isə vurğuladı ki, mərhum deputat haqqında ölümündən sonra yazılanları doğru hesab etmir: “Ağacan Abıyev mərhum Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlılarla bağlı bir müddət əvvəl dediklərinə medianın verdiyi reaksiyanı nəzərdə tutaraq belə deyib. Fikrimcə, istifadə olunan məlum ifadənin doğurduğu reaksiya təbii idi. Amma gəlin nəzərə alaq ki, Şahverdiyevin fikirləri bütövlükdə cəmiyyət tərəfindən etirazla qarşılandı. Rusiyada yaşayan soydaşlarımız daha sərt reaksiyalar verdilər. Sosial şəbəkə istifadəçiləri, demək olar ki, kütləvi şəkildə bu və ya digər dərəcədə narazılıq ifadə etdilər. Yalnız jurnalistlərin həmin ifadəyə etiraz etdiyini demək doğru deyil. A.Şahverdiyevin ölümündə jurnalistlərin ittiham olunması ilə heç bir halda razılaşa bilmərəm. Lakin onu da qeyd etməyi özümə borc bilirəm ki, ölüm faktından sonra sosial şəbəkələrdə yazılanları da doğru hesab etmirəm. Unutmamalıyıq ki, A.Şahverdiyev işlətdiyi ifadəyə görə üzr istəyib. Onun mətbuata verdiyi açılamada açıq və aydın şəkildə qeyd olunurdu”.  

Günel Æbilova ile ilgili görsel sonucu

“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova isə xatırlatdı ki, məlum qalmaqal zamanı Astan Şahverdiyevi tənqid edənlər arasında Ağacan Abıyev də olub: “Təəssüf ki, Azərbaycanda nadir halda hansısa deputat çıxışı ilə bizi yaxşı mənada təəccübləndirir. Mərhum Astan Şahverdiyevin məlum açıqlaması da, elə Ağacan Əbiyevin bu cavabı da eyni məzmundadır. Sonuncunun ”jurnalistlər qatildir" ittihamı isə lap gülməlidir. Əslində, deputat həmkarı Rusiyada yaşayan azərbaycanlıları “otxod” adlandıranda onu sərt tənqid edənlər arasında Ağacan Əbiyev də vardı. Yəni həmin mövzuda Ağacan müəllimlə həmfikir olmuşuq..."

Xatırladaq ki, A.Əbiyev A.Şahverdiyev məlum qalmaqallı açıqlamanı verəndə onun haqqında sərt danışmışdı. Sitat:“Adama deyərlər, sən öz işindən danış da! Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? .. İntizam Komissiya bu məsələyə baxdıqdan sonra görsə ki, Astan Şahverdiyevin bu çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, Astan Şahverdiyev deputat mandatını itirəcək”.

Görünən budur ki, Əbiyev həmin vaxt Şahverdiyevi faktiki olaraq təhdid edib.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 882          Tarix: 17-04-2018, 10:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma