Xəbər lenti
 
Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-dıə nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.
Bildirilib ki, nazirin əmri ilə aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar:
 
"Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova,d igər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.
Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq: "Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri əjdər Cəbiyvin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon social müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.
Məlumata görə, səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur  və onların qısa zamanda, vəzifələrən kənarlaşdırılması gündəmdədir.
Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çxıarılanların yerinə təyinat da aparmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.



Ana səhifəyə qayıt        Baxış: 348          Tarix: 11-05-2018, 16:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə