Xəbər lenti

 

Bu gün Bakı şəhəri, Keşlə qəsəbəsinin Babək prospektinə yaxın bir ərazisində – Nizami Abdullayev küçəsi,  “Avromed” dərman firmasının  mərkəzi ofisinin yerləşdiyi məhəllədə zibil qutuları yoxa çıxıb. Vətəndaşlar zibil tullantılarını atmağa yer tapa bilmirlər.  Azinforum.az-a  bu barədə öz şikayətini bildirən məhəllə sakinlərinin sözlərinə görə, əvvəl zibi qutuları bir yerdə olub: ” Bütün məhəllə də zibilini həmin yerə atmağa öyrənmişdi. Sonra zibil qutularına yaxın yerdə yaşayan sakinlərdən biri həmin ərazidən qutuları götürüb və ərazidə xüsusi hazırlıq işləri aparır. Kənardan belə görünür ki, orda nəsə tikməyə hazırlaşır.  Zibil qutularının paylaşdırıldığı  yeni ərazilərə yaxın olan obyektlər də bununla razılaşmır. Faktiki olaraq elə vəziyyət yaranıb ki, sakinlər zibilini atmağa qutu tapa bilmir”. 

Azinforum.az olaraq biz hadisə yerinə gedərək məsələni aydınlaşdırmaq qərarına gəldik. Məlum oldu ki, həmin məhəllədə indiyə kimi cəmi bir yerdə zibil qutuları olub və onlar hazırda 67 saylı MİS tərəfindən oradan götürülüb.  Həmin yerə bir elan da vurulub ki, vətəndaşlar bundan sonra zibilləri –  ya saat 11-dən 12-yə kimi zibil aparan maşına boşaltmalıdırlar, ya da uzaq bir məsafədə olan məktəbin yanındakı zibil qutularına.  Sakinlər bu qərarala razılaşmır. Onlar deyir ki, məhəlləyə hər gün zibil maşınının gələcəyi şübhə altındadır. Bundan əlavə elə vaxt müəyyən edilib ki, həmin saatlarda hamı işdə olur: “Biz hesab edirik ki, bu qərarın verilməsi orada kiminsə rahat tikinti aparmasına hesablanıb. Əmin olun ki, yaxın günlərdə biz orada hansısa tikintinin ucaldığını görəcəyik”.

Qeyd edək ki, anoloji vəziyyət bir neçə ay əvvəl də  yaranmışdı. Həmin vaxt Azinforum.az olaraq, biz məsələni  yerində araşdırdıq. Sakinlər bizə bildirmişdilər ki,  yaxında yaşayan bir vətəndaş evinin qarşısında yerləşən zibil qutularının qanunsuz olaraq yerini dəyişdirərək müxtəlif səmtlərə paylaşdırıb: ” Vətəndaş özünə obyekt tikməyə hazırlaşır,  yoxsa həmin zibil qutuları onun zövqünü pozur, bunu  bilmirik. Amma o, bilməlidir ki, aidiyyəti qurumların icazəsi və xəbəri olmadan bu işi tutduğuna görə, ciddi məsuliyyət daşıyır. Axı,  yerli bələdiyyənin bu zibil qutuları üçün təyin etdiyi xüsusi  yerlər var. Bu vəziyyət sakinlərin də xoşuna gəlmir. Vətəndaşlar bizimlə söhbətlərində bildirdilər ki, onlar  həmin vətəndaşa zibil qutularının yerini dəyişməyə icazə verməyiblər. Onlar bu halın  davam edəcəyi təqdirdə, bələdiyəyə və ya icra hakimiyyətinə şikayət edəcəklərini bildirirlər.  Ümidvarıq ki,  əlaqədar qurumlar yaranmış vəziyyətdən  xəbər tutandan sonra, problemin aradan qaldırılmasında maraqlı olacaqlar”.

Bu  məzmunda olan yazımızdan sonra, məsələyə qarışan Nizami rayon İcra Hakimiyyəti yaranmış qanunsuzluğun qarşısını ala bilmişdi. Hazırda isə görünür ki, artıq bu iş 67 saylı MİS-in Həsənağa adlı rəisinin xeyir-düası ilə görülür.  Qərar bu gün verilsə də, artıq həmin ərazidəki məhlənin zibilin içində “üzdüyünü” gördük. Zibili boşaltamağa yer tapa bilməyən sakinlər, onu hara gəldi atırlar. Sonda sakinlər bizim vasitəmizlə rayon rəhbərliyindən bu problemə əncam çəkməyi  xahiş etdilər. Biz başa düşə bilmirik 67 saylı MİS-in vəzifəsi ərazini zibildən təmizləməkdi, yoxsa zibilliyə qərq etmək?

Azinforum.az bir müddət əvvəl həmin ərazidən çəkdiyi reportajı təqdim edir.

 




Ana səhifəyə qayıt        Baxış: 646          Tarix: 16-05-2018, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma