Xəbər lenti

 

14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərov əfv olunmaq üçün prezident ilham Əliyevə müraciəte dib.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Məlumatda bildirilir ki, ölkə başçısına ünvanladığı müraciətində sabiq nazir Azərbaycan dövləti qarşısında xidmət göstərdiyini xatırladaraq, prezidentdən onu bağışlamasını diləyib.

Ancaq Vəli Əsgərovun bu müraciətinə müsbət yanaşılacağı inandırıcı deyil. Nəzərə alsaq ki, Əfv haqqında əsasnaməyə görə  cəzanın yarısını çəkən məhkum əfv üçün müraciət hüququ qazanır. Vəli Əsəgərovun isə 2016-ci ildə məhkum olunmasını nəzərə alsaq o zaman onun əfv üçün şansının olmadığı bəllidir.




Ana səhifəyə qayıt        Baxış: 797          Tarix: 19-05-2018, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma