Xəbər lenti

 

 Elnur Eltürk

 

Dostum Rəhim Sulduzludan yazmaq istəyirəm. Onunla dostluğumuz 2004-cü ildən başlayır. Hələ 24 yaşında Cənubi Azərbaycanın Sulduz şəhərindən Şimalı Azərbaycana gələrək, Ermənistanın Dağlıq Qarabağa işğalçı hücumlarına qarşı döyüşlərdə iştirak edib. Rəhim Sulduzlu bütöv Azərbaycan gəncliyinə örnək vətənpərvər insanlardandır.

 

Rəhim Sulduzlu peşəkar əsgər kimi ordumuzun formalaşmasında xidmətlər göstərib. Qubadlı da gedən döyüşlərdə iştirak edib. Komandir kimi düşmənə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərib.

 

Xatırladam ki, İsveçrədə yaşayan tanınmış yazar Elbəyi Həsənli aprel döyüşlərində Rəhim Sulduzlu haqqında bu sözləri yazırdı: “Bu günlərdə Qarabağda yenidən savaş başlayanda Rəhim bəy Bakıya tələsib. Bilet alıb. Ailəsi ilə halallaşıb ki, Qarabağda döyüşən oğullarımıza qoşulsun. Nə yazıq ki, Rəhim bəy indi çox məyusdur. Qarabağda atəşkəs elan olunmasına çox üzülüb. Amma Bakıya səfəri qüvvədədir. Deyir ki, bəlkə mən gedənə döyüşlər yenidən başladı...”.

 

 Ürəyi vətənlə döyünən cəsur əsgər Rəhim Sulduzlu belə dəyərli insanlarımızdandır.

 

Atəşkəs dövründə müxtəlif sahələrdə çalışmasına baxmayaraq,daima ürəyi Qarabağla döyünüb. Həmişə söhbətində cəbhə dostlarını xatırlayır.

 

O, cəbhədə əsgər olduğu kimi, Avropada Azərbaycan diasporunun formalaşmasında böyük zəhmətlər çəkib. Yaşadığı İsveçrə dövlətində İsveçrə-Azərbaycan Dostluq Cəmiyyətini təsis edərək, Azərbaycan təbliğatını aparıb. Fəaliyyəti dövründə İsveçrə parlamenti, siyasi dairələri ilə sıx əlaqələrə malik olub. İsveçrə mediasında ölkəmizin xeyrinə yazıların çap olunmasını diqqətdə saxlayıb. Milli məsələləri İsveçrə parlamentində müzakirələrə çıxarılmasına nail olurdu. Onun bir zamanlar Avropada Dünya Azərbaycanlıları Konqresinin formalaşmasında xüsusi fəallığı ilə seçilirdi.

 

Rəhim Sulduzlu bu gün diaspor sahəsində olmasa da, ürəyi daim vətənlə döyünür. Vətən onun üçün əziz və müqəddəs amaldır. Ana qədər əzizdir, doğmadır.




Ana səhifəyə qayıt        Baxış: 1 033          Tarix: 6-06-2018, 00:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma