Xəbər lenti

 

Ermənistanın baş naziri Nikol Paşinyan iki gündür ki, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfərini davam etdirir.

 

Moderator24.com xəbər verir ki, dünən Xocavənddə yeni kilsə açılışında iştirak edən Paşinyan bu gün səhər Xankəndində Bako Saakyanla birlikdə separatçı rejimin ordu qərargahında müşavirə keçirib.

 

Erməni mətbuatı yazır ki, rejimin müdafiə naziri general Mnatskanyan "iki erməni dövlətinin liderlərinə" vəziyyətlə əlaqədar məruzə edib.

 

P.S. Paşinyanın Qarabağa səfərinin pərdəarxasını bu gün İrəvanda Sarkisyanın qatı tərəfdarlarından olan və gizli silahlı dəstəyə başçılıq edən deputat, general Manvel Qriqoryanın erməni təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsi kimi də yozmaq olar. Bəzi erməni KİV-ləri Manvel Qriqoryan və kriminal lider Artur Asatryanın Nikol Paşinyanı aradan götürmək planlarının olduğunu yazırlar.




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 17-06-2018, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma