Xəbər lenti

 

Dövlət Gömrük Komitəsində "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar keçirilib.

Tədbirdə Komitə sədri Səfər Mehdiyev, Mətbuat Surasının sədri Əflatun Amaşov və "Trend" İnformasiya Agentliyinin baş direktoru Arzu Nağıyev, APA Holding" prezidenti Vüsalə Mahirqızı və media numayəndələri iştirak edib.

İlk olaraq çıxış edən S.Mehdiyev bildirib ki, seminarın təşkili Komitə - media əlaqələrində yeni mərhələ olacaq: "Gömrük xidmətinin formalaşması 1995-ci ildən başlayıb. İlham Əliyevin15 illik prezidentliyi dövründə islahatların və infrastrukturun yenilənməsində önəmli rol oynayıb. Bu gündən sonra Komitənin fəaliyyəti mətbuat nümayəndələrilə qarşılıqli əlaqədə olacaq. Təklif edirəm, media işçilərindən ibarət qruplar yaradılsın və istənilən vaxt Komitədə hansısa fəaliyyət sahəsinin fəaliyyətini izləyə bilsinlər. Hətta istənilən məsələ üçün mənə də müraciət edə bilərlər.

Ümumilikdə il ərzində gömrük sərhəd-keçid məntəqəsində 5 milyon 400 min insana xidmət göstərilir. Gömrük işi maraqlı və ölkə üçün əhəmiyyətli sahə olmaqla yanaşı, həm də çətin və böyük məsuliyyət tələb edən bir sahədir".

S.Mehdiyev onu da vurğulayıb ki, jurnalistlər üçün gömrük qanunvericiliyinin dərindən öyrənilməsi məqsədilə 20-30 günlük kurslar təşkil edilə bilər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov yeni sədri təbrik edərək fəaliyyətində uğurlar arzulayıb: "İnanıram ki, Komitə ilə jurnalistlər arasındakı əlaqələr bu sahədə ixtisaslaşmaya səbəb olacaq. O, jurnalistlərin işirakı ilə sərhəd gömrük məntəqələrinə səfərlərin təşkilinin artırılmasını təklif edib".

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı isə seminarın təşkili üçün təşəkkürünü bildirib. O da qeyd edib ki, gömrük sahəsindən yazan jurnalistlərin ixtusaslaşmasına ehtiyac var: "Xüsusi qeyd etmək istəyirəm ki, yeni sədr təyin edildikdən sonra komitənin mediaya açıqlığı əhəmiyyətli dərəcədə artıb. Ən kiçik məsələyə belə mətbuat xidməti reaksiya verir".

Tədbirdə iştirak edən “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi baxımından Komitənin fəaliyyətini yüksək qiymətləndirərək, bundan sonrakı fəaliyyətlərində gömrük orqanlarına uğurlar arzulayıb. \\Baki-xeber.com




Ana səhifəyə qayıt        Baxış: 665          Tarix: 17-06-2018, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma