Xəbər lenti

 

Rusiya da ABŞ-ın bəzi mallarına məhdudiyyət gətirə bilər.

Ovqat.com xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Naziri Maksim Oreşkinin Moskvada jurnalistlərə verdiyi açıqlamadan belə anlaşılır.

Nazirin bildirdiyinə görə, ABŞ-ın əlavə gömrük tarifləri vasitəsilə məhdudlaşdırıcı tədbirlərini davam etdirməsi və Rusiyanın yaşadığı itkiləri kompensasiya etməməsi Moskvaya Dünya Ticarət Təşkilatı (DTT) çərçivəsində bəzi hüquqlarından istifadə haqqı verir. Qısa müddət ərzində ABŞ-a qarşı bir sıra tədbirlər görüləcəyini qeyd edən Oreşkin deyib: "ABŞ-dan idxal edilən məhsullara qarşı məhdudlaşdırıcı tədbirlər alacağıq. Həmin tədbirlər Rusiyanın makroiqtisadi quruluşunda mənfi təsir yaratmayacaq”.

Qeyd edək ki, ABŞ aralarında Rusiyanın da olduğu çox sayda ölkədən idxal edilən polad və alüminium mallarına müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı. Trampın bu təklifləri bütün dünya dövlətlərində, o cümlədən Rusiyada sərt reaksiya ilə qarşılanmışdı.

 Rusiya ötən ay DTT-yə göndərdiyi bəyanatında ABŞ-ın əlavə gömrük tarifi qərarına cavab tədbirləri kimi təxminən 550 milyon dollarlıq ABŞ məhsullarına əlavə gömrük tarifi tətbiq olunacağını bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 595          Tarix: 19-06-2018, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma